XİN: “Bəzi üçüncü tərəflər Ermənistanı hərbi təxribatları gücləndirməyə sövq edir"

"Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib. 

"Azərbaycanın yanaşması aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanır. Tərəflər təcili olaraq dövlətlərarası münasibətlərinin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmalıdırlar.

Bu sənəd onların iki bərabərhüquqlu suveren dövlət kimi hüquqlarına zəmanət verir və dövlətlərarası münasibətlər çərçivəsində ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaradır", - deyə C. Bayramov bildirib. 
C.Bayramov qeyd edib ki, ikitərəfli danışıqların dinamikliyinin artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində irəliləyiş çox məhdud olaraq qalır: 

"Hər üç ölçüdə Ermənistan prosesdə səmimi iştirak etməkdənsə, keçmiş imitasiya təcrübələrinə sadiqdir. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır". 

Nazir vurğulayıb ki, Ermənistan hələ də qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb: 

"Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina da daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni surətdə gecikdirir.

Əvəzində Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. 
Hər iki tərəfin nəhayət davamlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanı normallaşma prosesinə xələl gətirmək cəhdlərindən əl çəkməyə inandırmalıdır. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

10 günün əsgəri vəfat etdi – FOTOLAR

10 günün əsgəri vəfat etdi – FOTOLAR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

End of content

No more pages to load

RADİO