Fransa səfiri Xarici İşlər Nazirliyinə ÇAĞIRILIB

Dekabrın 1-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.  

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib. 

Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb. 

Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb. 

Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. 

Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib. 
Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

10 günün əsgəri vəfat etdi – FOTOLAR

10 günün əsgəri vəfat etdi – FOTOLAR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

End of content

No more pages to load

RADİO