“Müharibə dövründə bütün italyanların diqqəti Azərbaycanda idi” - Fabrizio Di Amato

2020-ci ildə Dağlıq Qarabağdakı gərgin dövrü geridə qoymağınız münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycana çox yaxınıq və həmin mühüm vaxt bütün italyanların diqqəti də burada idi.

Bizim.Media xəbər verir ki, bunu “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato Prezident İlham Əliyevin videoformatda qəbulunda olan zaman deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Bakıda İtaliya-Azərbaycan Universiteti üçün yer ayrılıb”


O qeyd edib ki, rəhbərlik etdiyi şirkət Azərbaycanda fəaliyyət göstəririk:

“Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk. Bu gün burada olmaqdan fərəh hissi duyuruq.

Çünki biz artıq yeni layihələrə cəlb olunmuşuq. Şəxsən özüm və “Maire Technimont” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik.

Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı.

Bu, daha bir vacib nailiyyətimizdir.

Daha bir mövzu bizim yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır.

Ancaq ölkənizdə bu yanaşmanın inkişafı üçün yaxşı imkanlar mövcuddur. Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır.

Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur.

Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var.

Sizinlə bərabər biz bu əməkdaşlığı davam etdirmək və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi genişləndirmək arzusundayıq.

Bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma ölkə hesab edirik. Bu, işlədiyimiz hər bir ölkədə bizim prinsipimizdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO