Sosial ədalətin bərqərar olmasına mane olan qurumlar – Hüquq müdafiəçisi adlar çəkdi

“Ölkə prezidentinin 2 fevral tarixində təsdiq etdiyi Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər konsepsiyası vacib bir sənəddir. Burada müəyyən olunan 5 prioritet istiqamət var. Bunların hər biri böyük islahatlar tələb edir”

Bunu Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov dedi.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa qayıdış hansı rayondan başlayacaq? – Millət vəkilinin cavabı 


Əlavə etdi ki, müəyyən olunan 5 hədəfdən biri də “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”in qurulmasıdır. 

“Bu vacib bir məsələdir. Çünki inklüziv cəmiyyət hər kəsin öz imkanı, öz potensialı əsasında ləyaqətli, sərbəst yaşamasını təmin edir. Təəssüflə deməliyik ki, bizim ölkədə bir sıra məsələlər var ki, bunlar hələ inklüzivliyin, eyni zamanda sosial ədalətin təmin olunmasına imkan vermir.
Bunun obyektiv və subyektiv səbəbləri var. Ən birinci səbəb odur ki, ərazilərimizin 20 %-i işğlada idi.

Əhalinin 10 %-i məcburi köçkün şəraitində yaşayırdı. Bu halda sosial ədaləti təmin etmək çətin olacaqdı. 


Amma bizim qələbəmiz, ərazilərimizin işğaldan azad olunması bir neçə məsələnin həll olunması deməkdir. Bununla yanaşı ədalətli cəmiyyətin qurulmasına, sosial ədalətin təmin olunmasına və regionlarla şəhərlər arasında kəskin fərqlərin aradan qaldırılmasına xidmət edəcək. 

Cənab Prezident işğaldan azad olunan ərazilərdə dünya standartlarına uyğun olaraq, müasir yaşayış yerləri və infrastrukturun qurulması tapşırığını verib.

Orada qurulacaq hər bir yaşayış məntəqəsi müasir şəhərlərimizə uyğun, bəlkə onlardan bir qədər də öndə olacaq.

Bu nümunə əsasında ölkənin digər ərazilərində də mərkəzi şəhərlərlə regionlar arasında fərqləri aradan qaldırmağa yönələn layihələr reallaşdırmaq mümkündür. İşğaldan azad olunan ərazilər bu istiqamətdə pilot (layihə) sayıla bilər.”

Sahib Məmmədov “inklüziv cəmiyyət”in geniş mövzu olduğunu deyərək mövzu ilə bağlıı bir aspektə də toxundu:

“Sənəddə də bu məsələdən bəhs olunub. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması, hamı ilə bərabər təhsil alması, cəmiyyətə töhfə verməsi məsələləridir. Burda da müəyyən problemlər var. Təəssüflə qeyd etmək istəyirəm ki, hətta Bakıda əlilliyi olan şəxslər üçün şərait yaradılmayıb. 
 

Azəravtoyolun (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - AAYDA) tikdiyi istənilən yeraltı, yerüstü keçidlər əlilliyi olan şəxslər üçün uyğun deyil. Hətta imitasiya xarakterli lift qoyurlar və s. amma görürsən ki, liftin yanında səki, maneə qoyublar. 


Bu tikinti işlərini aparan insanların şüuru dəyişməyincə, onlar əlilliyi dərk etməyənə qədər bu proplemlər qalacaq.”

Bu səbəbdən də hüquq müdafiəçisi hesab edir ki, əgər AAYDA, Bakı şəhər İcra Hakimiyyəti kimi qurumlar əlilliyi olan şəxslərə şərait yaratmaq əvəzinə maneələr quracaqlarsa, inklüzivliyin təminatı çətin olacaq:
 

“Çətin həyat şəraitinə düşən hər bir insanın dövlətdən yardım almaq hüququ mövcuddur. Amma inkişafdan bəhrələnmək üçün elə bir şərait yaradılmalıdır ki, burada nə monopoliya, nə haqsız rəqabət (ədavət), nə də sahibkarlıq fəaliyyətinə süni əngəllər olmasın.


Yaxud da karyera quruculuğunda subyektivçilik olmasın. Çox sadalamaq olar, yəni bu kimi məsələlər həllini tapmalıdır. Ona görə də deyirəm ki, bu sənəd tarixi bir sənəddir. Bu sənədin içərisindən onlarla, yüzlərlə konsepsiya çıxartmaq olar”,- deyə Sahib Məmmədov fikrini tamamladı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO