Xankəndidəki Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında separatçı “Arsax” hökuməti növbəti sensasion qərarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, tanınmış erməni diplomat, Ermənistanın keçmiş xarici işlər naziri, Robert Köçəryan hökumətinin aparıcı məmurlarından biri Vardan Oskanyan Qarabağdakı qondarma rejimin yeni “xarici işlər naziri” olacaq.
Qeyd edək ki, bu gün qondarma “Arsax”ın “xarici işlər naziri” David Babayan vəzifəsindən azad edilib.
Xatırladaq ki, Vardan Oskanyan uzun illər Ermənistanın xarici işlər naziri kimi Qarabağ nizamlanmasında fəal iştirak edib. O, həmişə mürtəce mövqedə dayanıb və ikinci erməni dövlətinin elan edilməsinə çalışıb.
Bizim.Media