YAP-ın yubileyinə müxalifətdən REAKSİYA – “İqtidarın müsbət tərəfi varsa, niyə deməyək?”

Ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi qeyd olundu. Hər kəsə məlumdur ki, Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi YAP-ın fəaliyyəti ilə bağlıdır və bunu müxalifət camiyəsi də təsdiqləyir.

Tarixi hadisəyə şahid olanlar arasında ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiya yetkililəri də təmsil olunurdu. Hansı ki, sivil cəmiyyətlərdə bu hal normal müşahidə olunan prosesdir.

Maraqlıdır, müxalifət YAP-ın 30 illik yubileyini necə dəyərləndirir?

Ümid Partiyasının sədri İqbal Ağazadə Bizim.Media-ya açıqlamasında fikirlərini belə bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən MÜHÜM MESAJLAR – “KTMT-də bizim dostlarımız Ermənistanınkından daha çoxdur”


“Bizi də dəvət etmişdilər getdik iştirak etdik. Sağ olsunlar. Ümid Partiyasının da 20 illiyi olacaq, dəvət edəcəyik, gəlsələr də, gəlməsələr də sağ olsunlar. YAP-ın fəaliyyətini öz partiyalarının üzvləri qiymətləndirə bilər, başqa partiyalar deyil...”, - deyə İqbal Ağazadə açıqlamasına yekun vurub.

AĞ partiya başqanı Tural Abbaslı müxalifətin hakim partiyanın tədbirində iştirakının ajiotajla qarşılanmasını təssüf hissi ilə qeyd edib:

“Öncə prezidentin çıxışına toxunmaq istəyirəm. Prezident hər zaman olduğu kimi ana xətlər üzrə danışdı. Qarabaq, Azərbaycanın beynəlxalq mövqeyi, Fransa, Ermənistan və bu kimi proseslərdə rolları barədə danışıldı. Müsbət hal idi, tədbirə tək müxalifət deyil, bütün partiyalar dəvət olunmuşdu. Əslində normal ölkələrdə bu, adi protokol qaydasıdır. Təssüf ki, Azərbaycanda belə hadisələr xüsusi ajiotajla qəbul olunur. Çünki iqtidarla müxalifət özlərini o qədər daş-qalaq ediblər ki, bir-birlərini düşmən kimi deyil, rəqib kimi görməyə vaxt tapmayıblar. Özlərinə siyasətçi deyən, yekə-yekə partiya sədrləri var, hansısa partiyanı hakim partiyanın tədbirində iştirakına görə tənqid edir. Elə bil ki, bu partiyalar gedib düşmən ölkədəki tədbirdə iştirak ediblər. Sanki hamımız nizələrimizi götürüb orada bir-birimizi nizəliyəsiymişik”.

Tural Abbaslı əlavə edib ki, istənilən məsələdə doğru addımları etiraf etməyi bacarmaq lazımdır:

“Hamı bilir ki, istənilən partiya yaradılanda məqsədi hakimiyyətə gəlməkdir və bu gün bu istiqamətdə işləyən tək-tük partiyalardanıq. Amma bu o demək deyil ki, ümummilli, dövlət, neft və Qarabağ məsələlərində həmfikir olamamalıyıq.

Xarabalıqların üzərində iqtidar olmağı neyləyirik? Ağ partiya olaraq zəif Azərbaycanın iqtidarı olmaqdansa, güclü Azərbaycanın müxalifəti olmağı tərcih edərik. Vətəndaş üçün fərqi yoxdur, iqtidarda hansı partiyadır.

Əsas onun problemlərinin və qayğılarının həllidir. Ona görə də iqtidarın müsbət tərəfi varsa, niyə deməyək? Xarici siyasətdə Qarabağın qələbəsini, hakimiyyətin müharibəyə risk alaraq getməyini, 44 gün müddətində hakim partiyanın duruşunun müharibə aparan dövlətin duruşuna uyğun olmasını, hazırda yürüdülən Qarabağ danışıqlarında mövqelərin doğru olduğunu və Azərbaycanın heç bir güzəştə getmədiyini necə deməyək?”.

Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseynin sözlərinə görə, tədbirdə ən diqqət çəkən və çox ciddi müsbət siyasi məqam “daxili düşmənlər” mövzusuna yer ayrılmaması oldu:

“İrəliyə baxmaq lazımdır”, - deyə o, bildirib.

REAL partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, Azərbaycanda fəaliyyət göstərən partiyaların hakim partiyanın tədbirinə dəvət alması  və orada iştirak etməsi ölkədə siyasi mühitin, ab-havanın düşmənçilikdən rəqabətə keçirilməsi nöqteyi-nəzərdən yaxşı haldır:

“Normalda biz rəqiblərik və əsas hədəfimiz seçkilərdə hakim partiyaya qalib gəlməkdir. Amma rəqiblik başqa, siyasi mədəniyyət isə bir başqa... Ölkədə bu cür siyasi mədəniyyətin formalaşmasına acil ehtiyac var.

Biz qonşu ölkələrdə də bunu görürük. Gözləntim sadəcə o idi ki, belə bir tədbirdə ölkənin gələcəyi, inkişaf perspektivləri və hansısa bir yol xəritəsi ilə bağlı açıqlama da olmalı idi.
Məntiqlə yubiley tədbirlərində artıq keçirilmiş bir yola qiymət verilir və gələcəkdə hansı hədəflərin olduğu barədə də açıqlamalar olur. Yəni Azərbaycan indi haradadır və biz hara getmək istəyirik? Amma ümumilikdə belə bir ab-havanın formalaşması Azərbaycan üçün doğru addımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

End of content

No more pages to load

RADİO