''Azərbaycan beynəlxalq tərəfdarları qarşısında nə qədər məsuliyyətli olduğunu nümayiş etdirdi'' - Ekspert

“COVID-19 pandemiyası özü ilə bərabər çoxsaylı problemlər gətirməklə yanaşı, bir çox sahələrdə “daşların yerinə oturmasına” zəmin yaratdı.

Məlum oldu ki, humanizm dəyərləri və prinsipləri, insanlığın ən nöyük nailiyyəti olan bu keyfiyyətlərdən ən çox danışanların, bəzi hallarda isə bu bəşəri dəyərləri özünü buruzə verməsini başqalarından tələb etməklə sağı-solu “qamçılayanların”, od-alov püskürənlərin timsalında deyil, xeyirxahlığı həyat tərzinə, dövlət siyasətinə çevirənlərin konkret əməllərində büruzə verir”.

Bu sözlər politoloq Elçin Mirzəbəylinin Bizim.Media-ya cavab kimi ünvanladığı yazının bir hissəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev vaksinlərdən danışdı - "Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək


Yazının davamında siyasi şərhçi qeyd etdi ki, “bapbalaca bir virus qırx qıfılla qıfıllanıb, bir qıfıla min üzlü açar olanların gerçək mahiyyətini ortaya qoydu.
 

Dünyanın və ona hakimlik etmək istəyənlərin iç üzünü, paxırını açdı, nəhəng görüntülərin, gurultulu təqdimatların arxasında COVİD-19-dan da kiçik ürəklərin dayandığını bir daha sübuta yetirdi.


Dünyaya “insanlıq dərsi” keçən, “böyük mədəniyyət” daşıyıcısı olduğunu iddia edən yekə-yekə dövlətlər qonşu ölkələrə göndərilən tibb avadanlıqları və ləvazimatlarını, həmçinin digər humanitar xarakterli yardımlardan ibarət yükləri, dəyəri qəpik-quruş olan maskaları, yumşaq desək, mənimsəməkdən belə utanmadılar.


COVİD-19 mifləri, bütləri dağıtdı, maskaları yırtdı və yalnız ondan qorunmaq üçün gərəkli olan tibbi maska ilə əvəzlədi...

İndi dünya özünün real görüntüsündədir. Nə qədər amansız olsa da gerçəklik hər kəsin görə biləcəyi məsafədədir. Və bu məsafədən kimin kim olduğu da aydın nəzərə çarpır.

Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına son müsahibəsində yer alan fikirlərin, göz önündə olan mənzərənin ən incə cizgiləri ilə tanış olmağa, bu acı həqiqətin üzücü təsiri altında amansız həqiqətləri dərk etməyə imkan yaratdığı qənaətdəyəm.

COVİD-19-un gətirdiyi amansız reallıqlar qloballaşmanın dizayn edilməkdən sürtülmüş nimdaş dəri gödəkçəni xatırladan siması altında “kölgələnən” nəhənglərin qlobal çağırışlara elə virus böyüklükdə kiçik ürək və dünyagörüşü ilə yanaşdıqlarını bir daha sübuta yetirdi.
 

Sübuta yetirdi ki, dövlətlərin, siyasi liderlərin gerçək kimliyi özünü ekstrimal vəziyyətlərdə, konkret situasiyalarda daha qabarıq şəkildə büruzə verir. Sübuta yetirdi ki, bütün problemlərin həlli məsuliyyətli olmaqdan keçir.”


Elçin Mirzəbəyli müraciət etdiyimiz mövzuya yazılı cavabında vurğuladı ki, pandemiya dövründə Azərbaycan təkcə öz vətəndaşlarının deyil, həmçinin beynəlxalq tərəfdaşları qarşısında nə qədər məsulliyətli olduğunu bir nümayiş etdirdi.

Siyasi şərhçi Azərbaycanın sosial və maddi problemləri olan 30-dan çox ölkəyə yardımını, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ayırdığı ianələri də xatırlatdı. 
 

“Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı birgə mübarizənin təşkili məqsədilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü baş tutdu.


Sonuncu görüşdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasın çağırıması təşəbbüsü ilə çıxış etdi. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin 150-dən çox ölkənin dəstəyini qazanan təşəbbüsü gerçəkləşdi.”

Elçin Mirzəbəylinin fikrincə, Azərbaycan özündən dəfələrlə böyük olan dövlətlərdən daha böyük məsuliyyət nümayiş etdirərək, bəşəriyyətin pandemiyaya qarşı birgə mübarizəsinin təşkil edilməsinə öz tarixi töhfəsini verdi. 

“Amma təəssüf ki, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən, humanizm prinsiplərindən geninə-boluna danışmağı sevən bir çox ölkələrin liderləri, nəinki sözdən əmələ keçmədilər, əksinə bəşəriyyəti ciddi sınaq qarşında qoyan bu təhlükəli xəstəlikdən öz maraqları üçün yararlanmağa çalışdılar. Və bu üzücü proses hələ də davam etməkdədir.”

Politoloq bildirdi ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında peyvəndlərin ədalətli bölgüsü üçün zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün də peyvəndlər almasını təklif edirdi.

“Bu gün, bəşəriyyəti COVİD-19 bəlasından qoruya biləcək bir neçə vaksinin ərsəyə gətirildiyi və kütləvi istehsalına başlanıldığı bir zamanda, bəzi ölkələrin vaksinlərdən qlobal təzyiq aləti kimi yararlanmaq niyyətində olduqlarını müşahidə edirik. 

İstehsalçı şirkətlər və ölkələr sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qarşılıqlı şəkildə gözdənsalma kampaniyası aparır, vaksinləşdiməyə xilas yox, qazanc mənbəyi kimi baxdıqlarını nümayiş etdirirlər. 

Prezident İlham Əliyev son müsahibəsində bu kimi halların bir neçəsinə diqqət çəkdi.

Dövlətimizin başçısının əhalisinin 14%-ni təşkil edən inkişaf etmiş ölkələrin dünya vaksinlərinin 53 faizini sifariş etməsi barədə faktı dilə gətirməsi, mövcud vəziyyətin nə qədər acınacaqlı və nə qədər ədalətsiz olduğunu təsdiqləyir”, deyə Elçin Mirzəbəyli fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO