İlham Əliyev: “Münaqişələr əbədi davam edə bilməz”

“Hörmətli konfrans iştirakçıları! Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır.

ICAPP-ın yaratdığı geniş diskussiya mühitinin əhatə dairəsi təkcə Asiya ilə məhdudlaşmır, onun tədbirlərində müntəzəm olaraq Afrika, Avropa və Latın Amerikası ölkələri siyasi partiyalarının da təmsilçiləri iştirak edirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda xüsusi konfrans keçirilir: Prezidentin müraciəti oxundu - FOTO


Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciətində yer alıb.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranıb:

“Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir.

Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.

Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir.

Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir.

Bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir”.
Azərbaycan lideri vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcək:

“Belə bir məqsədə xidmət edən fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

End of content

No more pages to load

RADİO