“Bütün siyasi partiyalar bir yerdə olmalı, yumruq kimi birləşməlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Yeni Azərbaycan Partiyasının (YAP-ın) 30 illik yubileyinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlaması zamanı bildirib.
O, bildirib ki, xarici qüvvələrin bir çoxu ölkəmizə göz dikərək burada neqativ işlər görmək istəyirlər:
“Bu gün Azərbaycan elə bir mərhələyə çatıb ki, bütün dünyada aparıcı qüvvələrin bir çoxu Azərbaycana göz dikib və burada neqativ işlər görmək istəyirlər. Belə halda biz bir yerdə olmalıyıq.
Bir mənalı olaraq umu-küsü bir kənara qoymalıyıq. Hətta siyasi iddialar belə yaddan çıxarılmalıdır”.
Ə.İnsanov qeyd edib ki, Qarabağ kəlməsi siyasi leksikondan çıxana qədər bütün partiyalar Prezidenti və dövlətçiliyimizi dəstəkləməli və bir yerdə olmalıdır.
Bizim.Media