İranda VƏZİYYƏT: “Gedişat vətəndaş müharibəsinə səbəb ola bilər”

Artıq iki aydan çox müddətdir ki, İranda kütləvi etiraz aksiyaları davam edir. Nümayişlərin şiddəti isə get-gedə daha da artır. Artıq sosial şəbəkələrdə yayılan görüntülərdə və xəbərlərdə İranın bir sıra şəhərlərində etirazçıların barrikadalar qurduğu və hökumət qüvvələri ilə silahlı toqquşmaların başladığı görülməkdədir. 

İran hakimiyyəti isə nümayişçilərə qarşı sərt ritorikasından imtina etmir. Əksinə, cənub qonşumuzun Ali Rəhbəri Ayətullah Əli Xamenei noyabrın 20-də İsfahan şəhərində səsləndirdiyi bəyanatlarda etirazçıların cəzalandırılacağını elan edib.
Bəs, proseslərin bu cür gedişi nə ilə nəticələnəcək?

Mövzunu Bizim.Media üçün şərh edən Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan qeyd edib ki, dinc aksiyaları silahlı qarşıdurmaya doğru Tehran hakimiyyəti yönəldib:

“Çünki artıq 67-ci gündür ki, etiraz aksiyaları davam etsə də, Tehran hakimiyyəti etirazçıların nümayəndələrini qəbul edib, onların istəklərinə qulaq asmayıb. İran hökuməti 67 gündür ki, etiraz aksiyalarını eyni məntiqlə, onları “terrorçu”, “işğtişaş yaradan”, “xarici qüvvələr” və s. formalarda damğalamaqla məşğuldur. Bundan əlavə, 420-ə yaxın etirazçı Tehran hakimiyyətinin qurbanı olub. Bu onu göstərir ki, Tehran rejimi aksiyanı silah yolu ilə yatırmağa çalışır.

Bunun adekvat cavabının olacağı da istisna olunmur. Məsələn, İraqın şimalının Tehran hərbçiləri tərəfindən bombalanması onu göstərir ki, İraqla sərhəddən İrana silahlı qüvvələr gəlir. Xüsusən də, İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan və digər əyalətlərdə hakimiyyət qüvvələrinə qarşı silahlı müqavimət göstərilir. Perspektivdə vəziyyətin inkişaf edəcəyi isə istisna olunmur”.

Sədrəddin Soltanın sözlərinə görə, İranın şərq hissəsində yerləşən Sistan və Bəlucistan əyalətində də silahlı toqquşmaların olması ilə bağlı xəbərlər yayılır:

“Bu vəziyyətin perspektivdə başqa əyalətlərə də keçəcəyi istisna olunmur. Ona görə ki, hakimiyyət dinc aksiyaçıların tələblərinə qulaq asmır və çıxış yolunu silahlı müqavimətdə görür. Hakimiyyəti silahla devirməsi isə beynəlxalq hüquqa görə vətəndaşların hüququdur. Lakin bütün hallarda başlayan silahlı qarşıdurma təhlükəli istiqamətə yönəlir və bu, İranda vətəndaş müharibəsinin start götürməsinə səbəb ola bilər”.

Müsahibimiz İran üçün Suriya ssenarisinin baş tutması ehtimallarını da dəyərləndirib:

“Suriyada İŞİD məsələsi xüsusi rol oynadı. Amma İranda İŞİD məsələsi gündəlikdə yoxdur. Eyni zamanda İŞİD-in ardınca Suriyada PKK-nın qolları olan PYD və YPG-nin adı hallanmağa başladı.
Daha sonra da müxtəlif təşkilatlar fəaliyyət göstərdiklərini elan etdilər. İranda isə hələ açıq-aşkar bir təşkilat, yaxud siyasi liderin adı hallanmır. İran hakimiyyəti xaricdə yaşayan bir sıra siyasilərin adını çəkir, amma konkret hərəkat lideri bəlli deyil.

Buna rəğmən, İranda vəziyyət ağırlaşsa, proseslər həlledici mərhələyə yaxınlaşsa həmin lider və təşkilatların üzə çıxacağı istisna olunmur. Lakin indiki vəziyyətə İran hakimiyyəti hadisələri özündən asılı olmayaraq silahlı toqquşmalara yönləndirir. Hakimiyyət bu yolla etirazların qarşını almağa çalışsa da, bu əks effekt verir”.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranın əksər bölgələrində kütləvi etiraz aksiyaları start götürüb. 

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

End of content

No more pages to load

RADİO