“Xankəndinə QAZ KƏMƏRİNİN çəkilməsi razılaşdırılıb” - EKSPERT 

Noyabrın 16-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiqləyib. Dövlət proqramında bir sıra mühüm məqamlar yer alıb ki, onlardan biri də Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsidir.

Belə ki, 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, belə bir qərarın verilməsi Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı qəti və birmənalı mövqeyindən xəbər verən amil kimi dəyərləndirilməlidir:

“Həmin qərarın qəbulu və icrası istiqamətində həyata keçiriləcək siyasət təbii ki, perspektivdə Qarabağın ermənilər yaşayan ərazisində də Azərbaycanın ərazi bütövlüyünün bərpa və dövlət suverenliyimizin bərqərar olacağına bir ismarıcdır. Heç şübhəsiz bu qərarı Azərbaycan hakimiyyəti bölgədə geosiyasi maraqları olan müəyyən beynəlxalq güc mərkəzlərilə razılaşdırılmış şəkildə qəbul edib. Hərçənd ki, həmin məsələ Azərbayanın daxili işidir.

Rusiyadan olan erməni əsilli milyarder Vardanyanın gözlənilmədən qondarma rejimdə vəzifə alması Moskvadakı bəlli dairələrin Qarabağ kartından istifadə etməyə çalışacaqları ilə bağlı müəyyən məqamlardan xəbər verir.

İşğaldan azad edilmiş ərazilərə qayıdışa dair qəbul edilən dövlət proqramında Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi məsələsinin yer alması da bu mənada görünür Azərbaycan hakimiyyətinin həmin bəlli dairələrə ismarıcı kimi qəbul olunmalıdır.

Ağdamdan Xankəndiyə məlum qaz kəmərinin çəkilməsi və digər infrastruktur layihələri bütövlükdə Azərbaycanın bölgədə, həm də iqtisadi nüfuz imkanlarının artmasına hesablanmış layihələrdir. Bu mənada həmin layihəni Qarabağla bağlı iqtidarın həyata keçirəcəyi növbəti uğurlu layihə kimi qiymətləndirmək olar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

End of content

No more pages to load

RADİO