Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi paylaşımı şəxsi “Twitter” hesabında edib.
“Ad günün mübarək, Ağdam!", - deyə Emin Hüseynov qeyd edib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
Bizim.Media
