AZƏRTAC mətbuatımıza niyə tac ola bilmədi? – MARAQLI SƏBƏBLƏR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə heyəti sədrinin Aslan Aslanov vəzifəsindən azad edilib. Aslan Aslanovun vəzifədən çıxarılmasının əsas səbəbi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətindəki problemlər olduğu bildirilir.

Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) ölkəmizdəki bəzi ideoloji strukturlar kimi bir çox hallarda müasir çağırışlardan və Azərbaycan Prezidentinin tələblərindən geri qalırdı. Digər tərəfdən qonşu ölkələrin müvafiq dövlət agentliklərini müqayisə etdikdə və paralellər aparanda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) çox zəif görsənir.

Türkiyənin "Anadolu" Agentliyi ilə müqayisə olunacaq səviyyədə deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Aslan Aslanov vəzifəsindən azad edildi – Prezidentdən SƏRƏNCAM 


İstər Rusiya, istərsə də Türkiyənin dövlət xəbər agentlikləri ölkə mətbuatında lokomotivdir və onlarla rəqabət aparmaq heç də hansısa özəl xəbər agentliyinin hünəri deyil. Lakin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ölkə daxilində rəqabətdə nəinki, "APA" və “Report”a, hətta “Turan”a belə uduzur.

Böyük imkanlar fonunda zəif fəaliyyət

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) böyük bir informasiya maşını olmasına baxmayaraq, illik büdcəsi 10 milyon manatdan artıqdır. 200-dən artıq ştata malikdir. Bu azmış kimi, ötən ilin dekabr ayında agentlik üçün Bakının Atatürk prospekti, 70 ünvanında inşa olunmuş 9 mərtəbəli bina istifadəyə verildi. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib.
Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb. Bir sözlə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) şəraitinə dünyanın istənilən aparıcı xəbər agentliyi qibtə edə bilər.

Lakin bütün bu resursların fonunda Agentliyin iş əmsalı 0-a bərabərdir. Hazırda ölkəmizdə 200-dən artıq xəbər portalı fəaliyyət göstərir.

Bu qədər xəbər portalından 1-i, yaxud 2-si gün ərzində Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) istinadən xəbər yayımlayar. Amma analoji agentliklərin xəbərləri istənilən xəbər saytının gündəlik nəşrində ən azı 15-20 faiz yer tutur.
 

MÖVZU İLƏ BAĞLI:

AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır


Hələ onu demirik ki, dövlət agentliyinin yayımladığı xəbərlərin oxucusu da yoxdur. Bəlkə elə ona görədir ki, agentlik xəbərlərin oxunma sayını gizlədir.

Agentlik 5-6 dildə xəbər yayımlayır, dünyanın müxtəlif ölkələrində 21 müxbir məntəqəsi var, amma bu 21 məntəqədən gün ərzində bəlkə də 21 dənə orijinal xəbər yayımlanmır. Bütün bu imkanlara baxmayaraq bərbad tərcümələr və müxtəlif dillərdən “copy past” xəbərlər bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) real vəziyyətinin göstəricisidir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi informasiya cəbhəsində

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ancaq nazirlərin, icra başçılarının şəninə “güzgü tutur”. Gün ərzində yayımlanan xəbərlərin 70-80 faizi “bəy tərifi” və yaxud “dalay-dalay”dır. Bəsit olduğu qədər yersiz, yersiz olduğu qədər başdansovdu xəbərlər sıralanıb gedir. Həmin andaca digər agentliklərin bir neçəsinin səhifəsinə baxırıq. Xəbər lentlərində digər məsələlərlə yanaşı, ölkə başçısı İlham Əliyevin son xarici səfərlərinin yekunları ilə bağlı rəylər, hesabatlar yer alıb.

Etiraf etmək lazımdır ki, 44 günlük müharibədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sinifdə qaldı. Xalq-rəhbər birliyinə və Azərbaycan ordusunun tarixi hünərinə bu qurum arzulanan güzgünü tuta bilmədi. Əhali daha çox Türkiyə agentliklərindən informasiya alırdı.

Səbəb isə o idi ki, Aslan Aslanov ətrafına peşəkarları yox, daha çox özünə yaxın hesab etdiyi, Əli Həsənovun dəsti-xəttini davam etdirən kadrları cəlb etmişdi.

Bu isə onu sübut edir ki, bu qurumda ciddi islahatlara ehtiyac var idi. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) iş sistemi elə qurulmalıdır ki, dövlətin verdiyi imkanlar hesabına qısa zaman kəsiyində nəinki regional, hətta dünya səviyyəli agentliyə çevrilsin.

Ona görə öz missiyasını yaxşı dərk etməyən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) rəhbərliyi bu gün ancaq və ancaq cılız görünən məlumatları cəmiyyətə ötürmək üçün səfərbər olub. Bu, belə olmasaydı, insanları narahat edən hansısa xəbər, problem agentliyin səhifəsində özünə yer tapardı.
Ümumiyyətlə, mükəmməl analitik yazılar, araşdırma məqalələr, müasir çağırışlara cavab verən xəbər siyasəti Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işində demək olar ki, hiss edilmir. Hələ biz cəmiyyəti düşündürən problemlərin qabardılmasını demirik.

Məhz bu səbəblərdən dolayı, Aslan Aslanov sözün əsl mənasında qocaldığı, 71 yaşında pensiyaya getmək vaxtı çatdığı üçün vəzifəsindən azad edildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

“Media Masası” Şuşada beynəlxalq media rəhbərlərini bir araya gətirdi – VİDEO

“Media Masası” Şuşada beynəlxalq media rəhbərlərini bir araya gətirdi – VİDEO

Boşanan qadınlar dərhal bu addımı atmalıdır – Sonra gec ola bilər

Boşanan qadınlar dərhal bu addımı atmalıdır – Sonra gec ola bilər

Kəlbəcərdə çaya düşən 11 yaşlı Yaqubun MEYİTİ TAPILDI

Kəlbəcərdə çaya düşən 11 yaşlı Yaqubun MEYİTİ TAPILDI

Aleksandr Yermakov Ermənistanda saxlanıldı

Aleksandr Yermakov Ermənistanda saxlanıldı

Hava Limanında geyimlə bağlı məhdudiyyət tətbiq olunur? – RƏSMİ AÇIQLAMA

Hava Limanında geyimlə bağlı məhdudiyyət tətbiq olunur? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda iki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaqlar

Azərbaycanda iki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaqlar

İqor Klimenko müdafiə naziri postundan imtina etdi

İqor Klimenko müdafiə naziri postundan imtina etdi

Smartfonlar kəskin BAHALAŞACAQ

Smartfonlar kəskin BAHALAŞACAQ

Almaniyada suyun istifadəsi məhdudlaşdırıldı - Əməl etməyənlər 50.000 avroya qədər CƏRİMƏLƏNƏCƏK

Almaniyada suyun istifadəsi məhdudlaşdırıldı - Əməl etməyənlər 50.000 avroya qədər CƏRİMƏLƏNƏCƏK

Qusarda mühüm KONFRANS - Dini mövzuların mediada təqdimatı müzakirə edilir – FOTO

Qusarda mühüm KONFRANS - Dini mövzuların mediada təqdimatı müzakirə edilir – FOTO

Şabranda kişini “tok” öldürdü

Şabranda kişini “tok” öldürdü

Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Dünyanın 100 ən yaxşı mətbəxi – Azərbaycan neçəncidir? – YENİ REYTİNQ

Dünyanın 100 ən yaxşı mətbəxi – Azərbaycan neçəncidir? – YENİ REYTİNQ

Çarukyanın sement zavodu ƏLİNDƏN ALINDI

Çarukyanın sement zavodu ƏLİNDƏN ALINDI

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL

Türkiyənin NATO sammitindən qazandığı vəsait AÇIQLANDI

Türkiyənin NATO sammitindən qazandığı vəsait AÇIQLANDI

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

End of content

No more pages to load

RADİO