“ABŞ Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard bu gün Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla keçirilən görüşdə deyib.
Qonaq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda yeni reallıq yaradıb və yeni təşəbbüslərlə çıxış edir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media