Danışıqların ƏMƏL MƏRHƏLƏSİ – Azərbaycan Rusiyadan niyə narazıdır?

Ötən gün Rusiya Prezident Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyeva zəng eləyib. Eləcə də, Rusiyanın baş naziri Mixail Mişustin ötən gün Bakıya səfər edib. Və bu gün yüksək səviyyəli ikili görüşlər keçirilir.

Bəs, Rusiyanın birdən-birə ən yüksək səviyyədə Azərbaycana üz tutması nə ilə bağlıdır?

Ekspertlər bunu bir neçə səbəblə izah edirlər:

Birincisi, Moskva nəhayət ki, Azərbaycanın çətin günün dostu olduğunu anladı. Kreml Azərbaycana qarşı ikili münasibətdən əl çəkmək istəyir. Və maksimum səviyyədə çalışır ki, indiki çətin dönəmdə Azərbaycan kimi etibarlı tərəfdaşı itirməsin.

İkincisi, Qərbin Cənubi Qafqazda fəallaşması Rusiyanın heç də maraqlarına uyğun deyil. Ona görə də Moskva bölgədə zədələnmiş etibarını geri qazanmaq istəyir. Bunun üçün də təkcə Ermənistanla bağlı məsələlərdə deyil, bütün sahələrdə geniş əlaqələr qurmağa çalışır. Təsadüfi deyil ki, Mixail Mişustinin Prezident İlham Əliyevlə və Baş nazir Əli Əsədovla geniş tərkibdə görüşləri keçirilib. Görüşdə Rusiyanın və Azərbaycanın əsasən iqtisadi sahə strukturlarının rəhbərləri iştirak edib. Bu da ona dəlalət edir ki, Moskva rəsmi Bakı ilə iqtisadi-sosial əlaqələri son 30 ildə nəzərə çarpmayan səviyyədə dərinlşdirmək istəyir. 

Üçncüsü, Kreml artıq Cənubi Qafqaza “arxa bağça”sı kimi baxa bilmir. Azərbaycan artıq regionun güc mərkəzinə çevrilib. Bu gün rəsmi Bakı bütün fövqəldövlətlərlə öz dilində danışır. Bu da Moskvanın Azərbaycana qarşı bu zamana qədər tutduğu mövqeyə yenidən baxmağa məcbur edir.

Dördüncüsü, Rusiyanın Azərbaycana sadəcə çox böyük ehtiyacı var. Qərbin sanksiyaları və Ukraynadakı müharibə Rusiyanı zəiflədib. Üstəlik, Moskvanın Avropanı qazla təhdid etməsi Azərbaycana görə uğurla sonuclanmır. Bu gün Aİ Azərbaycana təkcə qaz ixracatçısı kimi deyil, həm də ən sərfəli tranzit ölkə kimi baxır. Bu da Rusiyanı çox narahat edir. Bu gün Avropanın qaz ehtiyacının 15 faizini ödəyir. Yaxın illərdə bu rəqəmin 30 faizə qalxacaq. Bu da Rusiyanın Avropadan sıxışdırılması deməkdir. Ona görə də Rusiya Azərbaycan qarşısında hansısa öhdəlik götürmək istəyir.
 

Bu öhdəlik Zəngəzur dəhlizinin ən qısa zamanda açılması ilə də bağlı ola bilər, Ermənistanla sülh sazişinin ən qısa zamanda bağlanması ilə də. Çünki, son iki ildə Rusiya 10 noyabr Bəyannaməsindən və 11 yanvar Anlaşmasından irəli gələn heç bir öhdəliyi yerinə yetirməyib. Baxmayaraq ki, hələ 10 noyabr 2020-ci ilədə Azərbaycan Prezidenti İlham Əliyev açıq və net şəkildə bəyan etmişdi ki, sülh prosesində əsas tərəf kimi biz Rusiyanı tanıyırıq.


Çox təəssüf ki, Kremli ikili oyunu sayəsində rəsmi Bakı qarşısında götürdüyü öhdəliyi düz 2 il icra etmədi. Və nəhayət 2 ildən sonra Rusiya Azərbaycanın ayağına gəldi. Hər şeyin qaldığı yerdən davam etməsini çox istədiyini ortaya qoydu.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

End of content

No more pages to load

RADİO