Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Bizim.Media