Ermənistanla sülh sazişi olmasa... alternativlər nə ola bilər?  

Ermənistan rəsmilərinin son bəyanatları, Rusiyanın “status” məsələsini gündəlikdə saxlama cəhdləri, Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin qəbulu, R.Menendez başda olmaqla demokratların yuxarı palata üzərində nəzarəti qoruması, rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi – İranın təhlükəsizliyidir” yanaşmasını irəli sürməsi ilin sonuna qədər sülh sazişinin imzalanma perspektivlərinə təhlükələr yaradır.  

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhqiqatlar Bürosunun araşdırmasında bildirilib. Araşdırmada bir sıra məsələlərə aydınlıq gətirilib:

Sülh sazişinə alternativ nə ola bilər?  

1. Laçında gömrük yoxlama məntəqəsinin yerləşdirilməsi + Ermənistan SQ-nin Qarabağdan çıxarılması + qanunsuz erməni silahlılarına qarşı hərbi əməliyyatının keçirilməsi. Son müsahibələrində Paşinyan Qarabağda Ermənistan SQ-nin olmadığını iddia edirdi. Bu hərbi əməliyyatlar məsələyə aydınlıq gətirəcək və tabutların hara getdiyi məlum olacaq. Anti-terror əməliyyatı məhz Ermənistanın son iki il ərzində Azərbaycana qarşı ərazi təcavüzü siyasətini davam etdirdiyini təsdiqləyəcək. Əsas məsələ hərbi aktivliyi Azərbaycanın ərazi hüdudlarından kənara çıxarmamaqdır.   

2. Qarabağ ermənilərinin bir qismi Azərbaycanın ərazi hüdudlarını tərk edib Ermənistan, Rusiya, Fransa, ABŞ və digər xarici ölkələrə köçəcəklər. Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III bəndinə əsasən, Respublika ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və ya Respublika ərazisindən kənara gedə bilər. Qarabağ ermənilərinin digər qisminin Azərbaycanın yurisdiksiyasını qəbul edərək, ölkə hüdudları daxilində qalacağı da gözlənilir. Konstitusiyanın 53-cü maddəsinin II bəndinə əsasən, vətəndaş heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Beləliklə, seçim ermənilərdədir. Bu seçimi hüquqi çərçivədə təqdim etmək isə Azərbaycanın işidir.    

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan arasında hansı görüşlər gözlənilir? – Noyabr TEZİSLƏRİ


3. Ermənistanı Qarabağda bütün təsir vasitələrindən məhrum etdikdən sonra (qaz, işıq, internet) Bakı və İrəvan ikitərəfli əsasda və ya istənilən üçüncü tərəfin vasitəçiliyi ilə danışıqları davam etdirə bilər. Bununla belə, Ermənistan anlamalıdır ki, Azərbaycanın atdığı addımlar yeni geosiyasi reallıq formalaşdıracaq. Azərbaycan Prezidenti 12 yanvar müsahibəsində bildirdiyi kimi “bizim xoşniyyətli davranışımız əbədi olmayacaq və verdiyimiz təkliflər əbədi masa üzərində qalmayacaqdır”. Yeni tələblər kompensasiya, işğal faktının etiraf edilməsi və Ermənistana mümkün ərazi iddiaları ola bilər.  

Risklər  

Ermənistanda küçə etirazları, müxalifətin uğursuz konsolidasiya cəhdləri, erməni diasporunun Azərbaycana qarşı informasiya müharibə cəbhəsi açması ən gözlənilən nəticədir. Mümkün fəsadlardan biri – ABŞ, Fransa, Lüksemburq və ola bilsin digər ölkələrin Azərbaycanı sanksiyalarla hədələməsi ola bilər. Aİ-nın Azərbaycana qarşı sanksiya qəbul edəcəyi az ehtimal olunandır. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu, Yunanıstan-Bolqarıstan qaz interkonnektoru, həmçinin Azərbaycanın Aİ-nın üzvü olan bir çox Mərkəzi-Şərqi Avropa dövlətləri ilə yaxın münasibətləri Brüsselin Bakıya qarşı sərt addımlarını qabaqlamağa kömək edəcək. Digər tərəfdən sanksiyaların qəbulu Qərbi, Azərbaycan cəmiyyətində diskreditasiya edəcək.  

Üstünlüklər  

Sanksiyalar Rusiyadan hələ uzun müddət götürülməyəcəyindən Bakı-Brüssel əlaqələri inkişaf edəcək. Azərbaycan İran ərazisindən keçən Şərqi-Zəngəzur-Naxçıvan dəhlizindən istifadə edəcək. Bu, İranla münasibətləri yumşaltmağa, Çinlə əlaqələri inkişaf etdirməyə imkan verəcək. Ermənistanla şərti səhəddə strateji yüksəklikləri qorumaqla Bakı İrəvana yeni şərtlər çərçivəsində danışıqlar təklif edəcək və sərhədləri bağlı qalan Ermənistanı Rusiya, ABŞ və İran ilə çıxılmaz vəziyyətə gətirdiyi münasibətlərini yoluna qoymaq problemi ilə üz-üzə saxlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

End of content

No more pages to load

RADİO