ABŞ Azərbaycana görə Fransanın CAVABINI VERDİ: “Bu kitab çoxdan bağlanıb”

Artıq ABŞ da ATƏT-in Minsk qrupunun işləmədiyini etiraf edir. Belə ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bunu etiraf edib. O, ATƏT-in Minsk qrupu mexanizminin işləmədiyini və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışdığını əlavə edib:

“Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Hərçənd ki, Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”.

Bizim.Media-ya sözügedən məsələ ilə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib ki, Filip Rikerin açıqlaması artıq fəaliyyətinə ehtiyac duyulmadığı ATƏT-in Minsk qrupu mövzusunu birdəfəlik bağlamaq üçün vacib arqumentdir:
 

MÖVZU İLƏ BAĞLI:

“Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir” – ABŞ Dövlət Departamenti 


“Əslində bu kitabın bağlandığını çoxdan söyləmək olar. ABŞ rəsmisinin açıqlaması isə, həmin tezislə bağlı mövqeyin doğru olduğunu bir daha təsdiqləyir. Söhbət ondan gedir ki, bir vaxtlar ATƏT-in Minsk qrupu mexanizminin işlək olmadığını qəbul etməyən tərəflər artıq mövcud vəziyyəti nəzərə alaraq indi onu qəbul etməli olurlar. Bu isə, Azərbaycan diplomatiyasının həmin istiqamətdə atdığı addımın uğurlu nəticə verməsinin nəticəsidir. Burada bir cəhəti qeyd etmək yerinə düşər. Görürdük ki, son zamanlar Fransa israrlı şəkildə öz vasitəçiliyini təqdim etməyə çalışırdı. İndi isə, ABŞ belə bəyanatla Parisə ismarıc göndərir ki, onun yerinə bu rolu oynamağa hazırdır. Bununla ABŞ demək istəyir ki, həmin prosesdə Fransanı görmürlər. ABŞ rəsmisinin bu açıqlaması ATƏT-in Minsk qrupu mövzusunu birdəfəlik bağlamaq üçün vacib nəticədir”.

T.Zülfüqarov bildirir ki, Filip Rikerin bəyanatı Rusiyanın ardınca, ABŞ-ın da ATƏT-in Minsk qrupu ilə bağlı Bakının haqlı mövqeyinə tərəfdar çıxdığına, bu mövqeyi dəstəklədiklərinə işarədir:

“Deməli, uzun mübarizədən sonra tərəflər Bakının haqlı olduğunu qəbul edərək, onunla hesablaşmağa başlayıblar. Bu hadisəni Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qəbul edə bilərik. Bakı özünün prinsipial mövqeyilə nəhayət sözügedən prosesdə də haqlı olduğunu ortaya qoya bilib”.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Bakı artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığını bəyan etdi. Bu da ondan irəli gəlirdi ki, qurumun 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmini istiqamətində etməli olduğu, ancaq etmədiyinə Azərbaycan özü məhz, 44 günlük müharibə nəticəsində nail oldu. Bu fonda artıq ATƏT-in Minsk qrupunun ortada görməli olduğu bir iş qalmır. Belə olan halda, Minsk qrupunun meydanda qalması prosesin irəliləməsinə deyil, əksinə geriləməsinə xidmət edir. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

End of content

No more pages to load

RADİO