Hitler və Stalin niyə vədlərinə xilaf çıxaraq Polşaya hücum etdilər? - DETALLAR

1936-cı il sentyabrın 1-də Hitler hücum etməməyə dair müqaviləyə baxmayaraq sözündən döndü və Polşaya qoşun yeritdi. 

Mövzu ilə bağlı Birləşmiş Əərb Əmirliklərinin (BƏƏ) “Əl Arabiya” nəşrinin əməkdaşı Taha Abdel Nasser Ramazan məqalə yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Kemerovo sakini Hitlerin şəklinə görə cərimələndi

"Stalinin ordusu" Norveçi işğal etdi – Yerli sakinlər şikayət edirlər


O, sərt ifadələrdən çəkinərək SSRİ-ni şərq qonşusu ilə müqavilələri pozmaqda günahlandırmağa çalışıb. Bununla birlikdə, məqalədə Polşa hökumətinin həmin vaxtadək ölkəni tərk etdiyi və ərazilərin böyük bir hissəsinin Almanlar tərəfindən tutulduğu qeyd edilmir.

Birinci Dünya Müharibəsi bitdikdən sonra Polşa yenidən Avropa xəritəsində suveren bir dövlət oldu. Xatırladaq ki, 120 il əvvəl Polşa əraziləri Avstriya, Prussiya və Rusiya İmperiyası arasında bölünmüşdü. Qalib gələn ölkələr Polşanın müstəqilliyini rəsmən tanıdılar. Versal Sülh Müqaviləsinin şərtlərinə görə, əvvəllər Alman İmperiyasının tərkibində olan Qərbi Prussiya və Sileziya bölgələrinin bir hissəsi Polşa ərazisinə birləşdirildi.

 

Versal Sülh Müqaviləsi yalnız Almaniya ərazilərinin bir hissəsinin itirilməsi ilə deyil, 1920-ci illərədək Alman-Polşa diplomatik münasibətlərinin son qoyulmasına gətirib çıxardı. Alman işğalı təhlükəsi ilə qarşılaşan Polşa 1921-ci ildə çəkinmədən Fransa ilə hərbi ittifaqa girdi və bununla da Almaniyanı Avropa arenasında daha da təcrid etdi.


Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlişi və 30 yanvar 1933-cü ildə Reyx Kansler vəzifəsinə başlamasından sonra polşalılar sərhəd mübahisələri səbəbiylə Almaniya ilə gələcək müharibə ehtimalından qorxdular. Nasistlər öz növbəsində Versal Sülh Müqaviləsinin ləğv edilməsi və Birinci Dünya Müharibəsindən sonra alındığı ərazilərin Almaniyaya qaytarılması fikrini fəal şəkildə təbliğ etdilər.

Bu vaxt Polşa ölkənin milli qəhrəmanı marşal Jozef Pilsudskinin rəhbərliyi altında almanların Versal Sülh Müqaviləsini pozduğunu təsdiqlədi və fransızları Almaniyaya qarşı hərbi kampaniyaya çağırdı. Polşalılara görə, Almaniya gizli şəkildə ordusunu yenidən silahlandırırdı ki, bu da Versal Sülh Müqaviləsinin ən vacib müddəalarından birinin kobud şəkildə pozulması idi. Pilsudski nasistlərin hakimiyyətə gəlməsi və gələcəkdə Avropanın təhlükəsizliyini pozacaq addımlar atma ehtimalı barədə də xəbərdarlıq etdi.

Ancaq bir sıra fransız tarixçiləri polyakların Fransanı rəsmi olaraq Almaniyaya qarşı müharibəyə dəvət etdiklərini inkar edirlər. Digər tərəfdən onlar təsdiq edirlər ki, Polşanın Parisdəki səfirliyi Polşa ilə hücum etməmək haqqında müqavilə bağlamaq üçün nasistlərə təzyiq göstərmək üçün bu şayiəni yayıblar.

 

Bundan əlavə, polşalılar fransızların Almaniyanın yenidən silahlanmasına biganə qalması və Versal Sülh Müqaviləsinin müddəalarını pozmasına qəzəbləndilər. 1929-cu ildən bəri Fransa nasist Almaniyasının gələcək təhdidləri ilə mübarizə aparmaq üçün müdafiə mövqeyini tutdu və “Majino xətti” olaraq bilinən Almaniya, İsveçrə, Lüksemburq və İtaliya ilə sərhədləri boyunca müdafiə istehkamları sistemi yaratdı.

 

Bu, 1934-cü il yanvarın 26-da Polşanın hərbi qarşıdurmaya cəlb olunma təhlükəsinin qarşısını almaq üçün Almaniya ilə hücum etməməyə dair bir müqavilə imzalanmasına gətirib çıxardı. Bu müqavilənin şərtlərinə görə, Polşa və Almaniya növbəti 10 il ərzində barışı qoruyacaqlarını və aralarındakı bütün mübahisələri sülh yolu ilə həll edəcəklərini vəd etdilər. Nasistlər Alman-Polşa müqaviləsinin Polşa ilə Almaniya arasındakı ticarət müharibəsinə son qoyacağını alqışladılar. 

Adolf Hitler Birinci Dünya Müharibəsindən sonra Almaniyadan kəsilmiş əraziləri geri qaytarmağı vəd etdi. Bundan əlavə, Polşa Sovet İttifaqına qarşı gələcək müharibə ehtimalından qorxurdu. Bu səbəbdən polşalılar, başqa bir hücum müqaviləsi imzalamaqdan çəkinmədilər, yalnız ölkələrinin müstəqilliyini qoruyacaqlarını və gələcəkdə Avropa qitəsini silkələyə biləcək qarşıdurmalardan uzaqlaşacaqlarını ümid edərək İosif Stalinlə saziş imzaladılar.

 

Təəssüf ki, bu müqavilələr uzun sürmədi. 1939-cu ilin avqustunda Almaniya və Sovet İttifaqı Moskvada Polşa və Qərb dövlətləri ilə hərbi qarşıdurmada hər iki tərəfin bitərəfliyinə zəmanət verən hücum etməmək haqqında müqavilə imzaladılar. 

 

1 sentyabr 1939-cu ildə Almaniya-Polşa arasındakı hücum etməmək müqaviləsi pozuldu. Adolf Hitler sözündən döndü və Polşaya hücum etdi. 17 sentyabr 1939-cu ildə isə Sovet qoşunları şərq qonşularının ərazisinə daxil oldu və nəhayət Sovet-Polşa müqaviləsi də iflasa uğradı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

Azərbaycan dilindən imtahan olacaq

Azərbaycan dilindən imtahan olacaq

Messinin komandası məğlub oldu - VİDEO

Messinin komandası məğlub oldu - VİDEO

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Bu gün rezidenturaya qəbul imtahanı var

Bu gün rezidenturaya qəbul imtahanı var

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

End of content

No more pages to load

RADİO