“Biz 2-ci Qarabağ Müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğaldan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev öz sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.
“Biz bu məsələni təkbaşına həll etdik. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Bu torpaqlara həyat qayıdır”, - deyə o, qeyd edib.
Bizim.Media
