Makronun İlham Əliyevə zəng etməsinin 3 MARAQLI SƏBƏBİ – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Makron sükutu pozaraq, tövbə edən uşaq kimi 2 aydan sonra yenidən İlham Əliyevlə telefon danışığı aparıb.

Fransa Prezidenti noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcəyi ilə bağlı İlham Əliyevi məlumatlandırıb. Makron bu addımı ilə sanki demək istədi ki, tərəflərdən biri ilə görüşürsə, o birisi ilə də dialoqu vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Makron İlham Əliyevə zəng edərək Paşinyanla görüşəcəyi barədə MƏLUMAT VERİB 


Makronun səhvlərini düzəltmək çabası...

Makron tərəzinin gözünü Fransa televiziyasına verdiyi qalmaqallı müsahibəsindən hələ çox-çox əvvəl əymişdi. O, prezidentliyi dövründə dəfələrlə Ermənistana səfərlər edib. Ermənilərə hər zaman açıq dəstək verib. Bütün bunlardan sonra tövbəli uşaq kimi Azərbaycan Prezidentinə zəng eləməsi başa düşüləndir. Bunun da bir neçə səbəbi var:

Səbəblərdən biri, Makron Fransa televiziyasına verdiyi məlum müsahibədə Azərbaycan haqqında dediyi hədyanlardan sonra o, çox böyük yanlışlığa yol verdiyini anladı. Çünki Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində əsas söz sahiblərindən biridir. Cənubi Avropa birbaşa Azərbaycan qazından asılıdır.

Bu bir təsadüfdür, yoxsa yox. Bilmirik. Bildiyimizsə odur ki, Makronun məlum çıxışından sonra İtaliya ilə münasibətlər xeyli soyuqlaşıb. İtaliyanın Baş naziri Corc Meloni 2 gün öncə Fransa prezidenti Emmanuel Makronu Aİ-nin siyasətinə xəyanətdə ittiham edib.

Doğrudur, bunu immiqrasiya məsələsi ilə bağlı danışarkən deyib. Amma hər halda hansısa prezidentin rəsmi şəkildə xəyanətdə ittiham edilməsi çox nadir və biabırçı haldır. Ona görə də, Makronun zəngi Aİ-nin basqılarından sonra reallaşıb.

Eyni zamanda Makronun məlum açıqlamaları Fransanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik imkanlarını şübhə altına alıb. Halbuki, Fransa bu ölkələr arasında imzalanacaq sülh sazişində əsas pay sahibi olmağa çalışır.

Lakin Emmanuelin son sayıqlamaları Fransanın strateji maraqlarına böyük ölçüdə zərbə vurdu. Ona görə də, Makron ən qısa vaxtda öz səhvini düzəltmək istəyir. Əks təqdirdə, Fransa sülh danışıqlarından kənarda qala bilər.
Sonuncu məqam və bəlkə də ən əsası  Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısındakı çıxışından narahat olan Makron tövbə eləmək məcburiyyətində qalıb.

Çünki Azərbaycan Prezidenti həmin çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və 1,5 milyon əlcəzairlinin qətlə yetirdiyini bildirdi.

Bununla da Yelisey Sarayına mesaj verildi ki, əli qana batmış rejim heç zaman ədalətin təcəlləsinə yardımçı ola bilməz.

Bütün bunları görüb, dərk eliyən Makron Azərbaycan Prezidentinə zəng etmək, münasibətlərdəki soyuqluğa son vermək istəyini ortaya qoydu. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moldovada naməlum PUA AŞKARLANDI

Moldovada naməlum PUA AŞKARLANDI

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

End of content

No more pages to load

RADİO