ABŞ Rusiyaya qarşı ciddi cəbhə açmaq istəyir – Co Baydenin çıxışı nə vəd edir?

Co Bayden andiçmə mərasimindən sonra ilk dəfə olaraq, bu gün ölkənin xarici siyasətini əks etdirən ilk böyük çıxışını edəcək.

Verilən proqnozlara görə, Bayden öz çıxışında "Amerikanın dünyadakı yerini bərpa etməyə" yönələn xarici siyasət mövqeyini nümayiş etdirəcək.

Bizim.Media bu barədə tanınmış siyasətçilərin fikrini öyrənməyə çalışıb. Bu çıxışda hansı mövzular müzakirə olunacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Sabah Bayden xarici siyasətlə bağlı ilk çıxışını edəcək


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin fikrincə, bu çıxışında Bayden ABŞ-ın rolunun dünyada bərpası və NATO alyansının güclənməsi barədə danışacaq.

“Düşünürəm ki, Bayden iqlim və insan hüquqları məsələlərində ABŞ-ın daha çox prinsipial mövqe tutmasını göstərəcək. 

Bundan başqa ABŞ-ın İran, Çin və Rusiya ilə bağlı bəzi xüsusi məsələləri var. Ola bilsin ki, Çinlə ticarət və mübahisəli mövzularda ABŞ-ın mövqeyi dəyişməsin. Eyni zamanda bəlkə də ABŞ Çinlə müəyyən bir kompromisə gəlməyə çalışacaq. Ola bilər ki, biz İranla da ABŞ-ın münasibətlərində müəyyən yumşalmaları gördük. Lakin ortada müəyyən prinsipial məsələlər də var. Bu nüvə materiallarının istehsalı və orada olan məhdudiyyətlərdir. Bu da ən çox texniki məsələlərdir”.

F.Şəfiyev Rusiya ilə ABŞ arasında olan strateji hücum silahları haqda müqavilənin vaxtının uzadıldığını da deyib.

“Artıq Rusiya ilə ABŞ arasında olan SHS-3 müqaviləsinin müddəti 5 il uzadılıb. Lakin Navalnı və humanitar yardım məsələlərində ABŞ-ın Rusiyaya qarşı mövqeyi sərt olacaq”.

İdarə heyətinin sədri Türkiyənin ABŞ üçün strateji dövlət olduğunu da vurğulayıb.
 

“ABŞ üçün Türkiyənin Rusiyadan S-400-lər alması prinsipial məsələdir. Bu, çox güman ki, gündəmdə qalacaq. Ancaq unutmaq lazım deyil ki, NATO alyansının güclənməsi məsələsində Türkiyə ABŞ üçün strateji bir ölkədir. Mən düşünürəm ki, Türkiyə ilə ABŞ arasında münasibətləri stabilləşdirmək üçün müəyyən danışıqlar baş tutacaq”,- deyə, o, fikrini tamamlayıb.


Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu isə bildirib ki, Bayden seçkidən əvvəl də, ölkənin xarici siyasəti ilə bağlı baxışlarını ortaya qoyurdu.

O, bunun Trampın həyata keçirdiyi siyasətlə bir-birinin əksi olduğunu da qeyd edib.

“Trampın hakimiyyətdə olduğu zamanlar sərgilədiyi mövqeyi ABŞ-ın xarici siyasətini bütövlükdə qlobal müstəvidə mövqelərinin nisbətən zəifləməsinə gətirib çıxardı. Bayden isə ABŞ-ın əvvəlki nüfuzunu qaytarmaq  istəyir.

Qeyd edim ki, Tramp İranla ABŞ-ın da daxil olduğu razılaşmadan çıxdı, Bayden isə ABŞ-ı bu razılaşmaya qaytaracağını deyib. Bayden ABŞ-ın xarici siyasətində köklü dəyişikliklər edəcək. İranla imzalanan nüvə razılaşması bütövlükdə dünyanın siyasi və geosiyasi mənzərəsinə birbaşa ciddi təsir edirdi. Amma Tramp administrasiyası İranla münasibətlərin normallaşmasına çox ciddi zərbə vurdu”. 

Deputat ABŞ-ın geosiyasi prioritetlərinin həyata keçirməsində Avropa Birliyinin  hər zaman ona real dəstəkçi olduğunu da qeyd edib.
 

“Bütün bunlar onu göstərir ki, ABŞ yenidən dünya üzərində olan təsir riçaqlarını yaratmaq istəyir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın qlobal liderlik konsepsiyası hər şeydən öncə Avropa İttifaqının ABŞ-ın yanında olmasını tələb edir.


ABŞ-ın geosiyasi prioritetlərinin həyata keçirməsində AB hər zaman ona real dəstək olub. Trampın hakimiyyəti dövründə bu əlaqələr bir az laxlamışdı. Demokratlar dövlətlərarası münasibətlərə yeni bucaqdan yanaşmaq lazım olduğunu bildirirlər”.

Millət vəkili ABŞ-la İran arasında münasibətlərin normallaşmasının digər ölkələrə də təsirini göstərəcəyini bildirib.

“ABŞ-la İran arasında münasibətlərin normalaşması Fars körfəzində olan dövlətlərdə də qütbləşməni zəiflədəcək. Bu, Yaxın Şəqdəki proseslərə də müsbət təsirini göstərəcək. Bayden admnistrasiyası AB-ni yanında görməklə, Rusiyaya qarşı güclü bir cəbhə açmaq istəyir. Navalni hadisəsinin ətrafında cərəyan edən proseslər də göstərir ki, ABŞ Rusiyaya qarşı daha kəskin mövqe sərgiləyəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO