Prezidentlə xanımı sosial obyektlərin və meşə tipli parkın açılışında oldular - YENİLƏNİB

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Artıq yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamladılar.

Qeyd edək ki, yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub.

Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.


***

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib.

Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə saldı.

Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.

Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.

***

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

End of content

No more pages to load

RADİO