Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda törədilmiş terror hadisəsi ilə bağlı başsağlığı vermiş azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
Bizim.Media xəbər verir ki, M.Çavuşoğlu bu barədə tviterdə yazıb.
Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bizim.Media
