“Bayrağımız şükürlər olsun ki, bu gün Şuşada dalğalanır. Həmişə də dalğalanacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov səsləndirib.
“Mən cənublu qardaşlarımıza deyirəm: “Narahat olmayın, bu zəfərlər yalnız və yalnız başlanğıcdır”, deyə o, qeyd edib.
Səfir Türkün yolunun çətin olduğunu deyib: “Nə deyirlər, yolçu yolda gərək. O yolun sonu Zəfərdir. Allar Türkə yar olsun, Allah Türkü Müzəffər etsin. Həmişə hər yerdə Türkün sözü keçəcək”.
Bizim.Media