Azərbaycanın Bolqarıstandakı səfiri fəxri fərmanla təltif EDİLDİ - FOTO 

Bolqarıstanın mədəni və tarixi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən, Bolqarıstanın arxeoloji incisi - “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında Heydər Əliyev Fondunun böyük dəstək və töhfəsi ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri fəxri fərmanla təltif edilib. 

Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, mükafatlandırma mərasimi Bolqarıstan Respublikasının Vitse-Prezidenti xanım İliana Yotovanın himayəsi altında 11 noyabr 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş “Bolqarıstanın möcüzələri” adlı 2-ci Beynəlxalq Forum çərçivəsində baş tutmuşdur. 

Mərasimdə çıxış etmiş Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun dünya miqyasında həyata keçirdiyi humanitar layihələr, eləcə də Bolqarıstan xalqının mənəvi mərkəzi olan Trapezitsa arxeoloji kompleksinin Fond tərəfindən dirçəlişi haqqında məlumat vermişdir. 

Səfir çoxmədəniyyətlilik və çoxkonfessiyalıq dəyərlərini daim uca bəsləyən Azərbaycanın Bolqarıstanın mədəni irsinin qorunmasına töhfə verməsini ölkəmiz üçün qürur mənbəyi təşkil etdiyini və bunun ümumbəşəri mədəniyyət irsinə töhfə olduğunu vurğulamışdır. 
Qeyd olunmuşdur ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və qoruğun ərazisində yerləşən XIII – XIV əsrlərə aid üç kilsənin bərpasını özündə ehtiva edən layihə Heydər Əliyev Fondunun Balkan regionunda həyata keçirdiyi ən böyük mədəniyyət layihəsini təşkil edir. 

Regionda açıq səma altında ən böyük arxeoloji muzey kompleksi olan Bolqarıstan xalqının milli sərvəti - “Trapezitsa” qoruğunun bərpası məqsədilə Azərbaycan tərəfindən edilmiş dəyərli ianənin Azərbaycanın Bolqarıstana əsl dost münasibət bəslədiyinin bariz nümunəsi olduğu diqqətə çatdırmışdır. 

“Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun hazırda bütün dünyadan olan turistlərin məmnunluqla ziyarət etdiyi ən cəlbedici mədəni turizm məkanlarındandan birinə çevrildiyini qeyd edən səfir, bu layihənin iki ölkə arasında tutarlı dostluq körpüsü tərənnüm etdiyini bildirmişdir. 

Bu xüsusda, Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin 30 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşdə Trapezitsa kompleksinin bərpası və inkişafında Azərbaycanın töhfəsini iki dövlət arasında səmimi dostluq münasibətlərin olmasına işarə etdiyini bildirməsi bir daha mərasim iştirakşılarının diqqətinə çatdırılmışdır. 
Tədbirdə çıxış etmiş forumun təşkilatçıları, Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, həmçinin Veliko Tırnovo şəhər rəhbərliyi Bolqarıstanın mədəniyyət irsinə Azərbaycan tərəfindən edilmiş dəyərli töhfəni yüksək təqdirə layiq olduğunu bildirmiş və Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fonduna böyük minnətdarlığını ifadə etmişlər.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moldovada naməlum PUA AŞKARLANDI

Moldovada naməlum PUA AŞKARLANDI

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

End of content

No more pages to load

RADİO