Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər haqqında" qətnamə BMT-nin dekabr ayındakı 77-ci Baş Assamleya sessiyasında təsdiq üçün tövsiyə olunub.
Bizim.Media BMT-yə istinadən xəbər verir ki, qətnamə ilə bağlı məlumat verən Azərbaycan nümayəndəsi itkin düşmüş şəxslərin ailələrinə onların taleyi barədə məlumatın verilməsinin vacibliyi vurğulayıb.
Qeyd olunub ki, bu qətnamə Baş Assambleyada baxılması üçün tövsiyə edilən yeddi sənəddən biri olub. BMT-nin 63 üzv dövləti qətnamənin həmmüəllifidir.
Bizim.Media