Prezident İlham Əliyevdən Milli Olimpiya Komitəsinə təbrik

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Milli Olimpiya Komitəsi üzvləri!

Sizi, eləcə də ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı yetirir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli Olimpiya Komitəsi ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışmışdır.

Komitə nailiyyətlərlə zəngin şərəfli bir yol keçmiş və işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada Olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərmişdir.

Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanmışlar.

Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir.

Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur.

Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır.

Milli Olimpiya Komitəsi idmançılarımızın Olimpiya Oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrilmişdir.
İnanıram ki, Komitə Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

Moldovada naməlum PUA AŞKARLANDI

Moldovada naməlum PUA AŞKARLANDI

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

End of content

No more pages to load

RADİO