Sülhməramlıların Qarabağda İKİNCİ İLİ – Nəyi bacardılar, nəyi yox?

Dünən, noyabrın 10-da Qarabağın ermənilər yaşayan hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları parad keçiriblər. Belə ki, Xocalı hava limanına toplaşan hərbi kontingent torpaqlarımızdakı fəaliyyətlərininin ikinci ildönümü münasibətilə toplanıblar.

Onsuz da bu iki ildə sülhməramlıların fəaliyyəti yalnız hansısa açılış mərasimi, yaxud digər tədbirlərlə gündəmə gəlib. Bir də fəaliyyətsizlikləri ilə. Maraqlı məqamsa bundan ibarətdir ki, adətən, bu cür hərbi paradlarda yüksək rütbəli hərbçilər kontingentin qarşısına çıxaraq, gördükləri işlərdən, uğurlarından bəhs edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngəzur dəhlizinə sülhməramlılar nəzarət edə bilməz” – Politoloq 


Bəs, bizim “sülhsevər” rus qoşunları hansı fəaliyyətləri ilə qürrələnəcəklər?

Məsələyə erməni vətəndaşlarımızın prizmasından baxsaq sülhməramlılar üçün uğur sayıla biləcək çox işlər görüblər. İlk növbədə 2 il öncəni xatırlayaq. Qarabağda yaşayan ermənilər Şuşa azad edildikdən sonra kolonlara Xankəndidən qaçmağa başladılar. Hətta separatçıların rəhbərləri də etiraf etdilər ki, Xankəndidə Arayik Arutyunyan və başındakı 5-6 qotur terrorçudan başqa kimsə qalmayıb. 

Lakin bir neçə həftə keçmədi ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə evlərin işıqları yenidən yanmağa başladı. Amma işıqları yandıran bu evlərin tarixi sahibləri yox, ermənilər oldu.

Etiraf etməliyik ki, sülhməramlılar böyük işə nail oldular və sayları 25-30 min civarında olan erməniləri həftələr içərisində geri köçürməyi bacardılar. Eyni performansı iki həftə öncə də gördük. Xankəndidəki mitinqlərə bir neçə min ermənini sülhməramlıların logistik dəstəyilə toplamaq mümkün oldu.

Rus hərbçilərin bir digər uğuru isə erməni qadınları ilə bağlıdır. Sülhməramlılar nəzarətlərində olan ərazilərdə əhali sayının artımında da erməni qadınlarla birgə ciddi addımlar atıblar. 

Göründüyü kimi logistika sahəsində rus hərbçilər olduqca bacarıqlıdırlar. Onlar sərnişin daşımalarıyla yanaşı, Qarabağa silah-sursat daşınmasında da olduqca fərasətlidirlər. Üstəlik demoqrafik problemləri də pis həll etmirlər. 

Onların digər yaxşı bacardıqları iş də kilsə, heykəl, infrastruktur obyektlərinin açılışında iştiraklardır. İnsafən, bunun da öhdəsindən yaxşı gəlirlər. 

Bir az da bacarmadıqları barədə...

Görməli olduqları heç bir işi doğru-dürüst yerinə yetirə bilməyiblər, bacarıqlı sülhməramlılarımız.

Erməniləri köçürdükləri kimi, azərbaycanlıların da köçürülməsi vacib idi. Amma bununla bağlı heç cəhd belə etmirlər. Yaxud, adlarından da göründüyü kimi sülhü təmin etməli idilər. Onlarsa əksinə ermənilərə silah daşımaqla, ya da buna göz yummaqla bölgədə hər an sülhü təhdid edəcək təxribatlara zəmin hazırlayıblar. 

Siyahını uzada bilərik, lakin nə fayda, nəticə göz önündədir. Artıq Azərbaycan hakimiyyəti və xalqının gözündə nə sülhməramlılara hörmət qalıb, nə də inam.

Qozbeli isə qəbir düzəldər. Amma bizim bu düzəlişi gözləməyə vaxtımız yoxdur. Zatən torpaqlarımızda ən çoxu 3 illəri qalıb. Sonra ya Rusiyaya, bəlkə də çox sevdikləri ermənilərin yanına, ya da Ukraynadakı kolleqalarının ardınca məzara gedəcəkləri artıq bizim işimiz deyil.

Murad Əhmədov, Bizim.Media 



QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

Moldovada naməlum PUA AŞKARLANDI

Moldovada naməlum PUA AŞKARLANDI

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

"Atalarımız kimi kişi ola bilmirik"

"Atalarımız kimi kişi ola bilmirik"

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun vaxtı AÇIQLANDI

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

Tolikin bacısı bu məşhur aparıcının qohumuna ƏRƏ GEDİR - VİDEO

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Müəllimi güllələyən 10-cu sinif şagirdi ilə bağlı QORXUNC İDDİALAR - VİDEO

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Xusanov "Mançester Siti"nin ƏN YAXŞISI seçildi

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının AÇILIŞINDA - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO/VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

End of content

No more pages to load

RADİO