Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Səmərqənd şəhəri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, birinci xanım Səmərqənddin axşam görüntüsü ilə bağlı video paylaşıb.
“Gözəl Səmərqəndin gecə mənzərəsi! Qədim və gənc şəhər. Qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram!”,- deyə birinci vitse-prezident qeyd edib.
Qeyd edək ki, Mehriban Əliyeva Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü çərçivəsində ölkə başçısı İlham Əliyevlə birlikdə Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.
Bizim.Media