Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısının keçirildiyi Səmərqənd şəhərində baş tutub.
Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media