Prezident Füzulidə yeni yaradılmış hərbi hissə ilə tanış olub – YENİLƏNİB - FOTO  

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib. 

Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu, burada ağac əkib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin qərargah binası ilə tanış olub. 

Dövlətimizin başçısı hərbçilərlə birgə foto çəkdirdi, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. 

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub. 

Diqqətə çatdırıldı ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış olub.

16.05

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə qanunsuz tikili sökülüb - FOTO/VİDEO

Füzulidə qanunsuz tikili sökülüb - FOTO/VİDEO

Sükan arxasında məsuliyyətsizlik faciəyə çevrildi – ANBAAN VİDEO

Sükan arxasında məsuliyyətsizlik faciəyə çevrildi – ANBAAN VİDEO

Depressiyanın müalicəsinin yeni ÜSULU tapıldı

Depressiyanın müalicəsinin yeni ÜSULU tapıldı

Bu tarixlərdə güclü maqnit qasırğası GÖZLƏNİLİR

Bu tarixlərdə güclü maqnit qasırğası GÖZLƏNİLİR

İl başlayandan BAHALAŞMA – Hansı ərzaq məhsullarının qiyməti ARTIB?

İl başlayandan BAHALAŞMA – Hansı ərzaq məhsullarının qiyməti ARTIB?

Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Bakıda kişi dəm qazından boğuldu

Bakıda kişi dəm qazından boğuldu

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

İrana görə Kiprə əlavə qırıcılar göndərildi

İrana görə Kiprə əlavə qırıcılar göndərildi

Epşteyn Bakı ilə bağlı görün nə deyib - İlk dəfə ortaya çıxdı

Epşteyn Bakı ilə bağlı görün nə deyib - İlk dəfə ortaya çıxdı

Məşhur repçi İslamı qəbul etdi

Məşhur repçi İslamı qəbul etdi

Əcnəbilərlə qohum olan azərbaycanlı TANINMIŞLAR - FOTOLAR

Əcnəbilərlə qohum olan azərbaycanlı TANINMIŞLAR - FOTOLAR

65 yaşlı qadının meyiti tapılıb

65 yaşlı qadının meyiti tapılıb

Azərbaycanda da 12 illik təhsilə KEÇİLƏCƏK?

Azərbaycanda da 12 illik təhsilə KEÇİLƏCƏK?

Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb - VİDEO

Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb - VİDEO

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

Moldovada naməlum PUA AŞKARLANDI

Moldovada naməlum PUA AŞKARLANDI

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Tərtərdə 1 ay əvvəl oğlu ilə birgə qazdan zəhərlənən ana öldü

Kriştiano Ronaldoya görünməmiş dəstək

Kriştiano Ronaldoya görünməmiş dəstək

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

İdmançılarımız XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində - FOTO

End of content

No more pages to load

RADİO