Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Tovuzun 5 kəndini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Sakinlərin ən çox müraciətləri arasında iş tapmağa köməklik göstərilməsi, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili Qənirə Paşayeva fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və millət vəkili Qənirə Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib. Müraciətlər arasında boşanma zamanı məhkəmə tərəfindən təyin olunmuş alimenti ala bilməyən qadınların sayının artması millət vəkilini ciddi narahat edib və o bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiqəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib. Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili Qənirə Paşayeva dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər.

Qənirə Paşayeva “Azəriqaz”x9d İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Qənirə Paşayeva son illlərdə cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərərk, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili Qənirə Paşayeva 5 kəndi ziyarət zamanı bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb.
Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
 Qənirə Paşayeva Tovuzun 5 kəndində seçicilərlə görüşdü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Zakir Həsənov Moskvada - FOTO

Zakir Həsənov Moskvada - FOTO

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

KİV: İranın hələ də minlərlə dron və raketi var

KİV: İranın hələ də minlərlə dron və raketi var

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

Dünyanın ən çirkli paytaxtları açıqlandı: Bakı görün neçənci sıradadır

Dünyanın ən çirkli paytaxtları açıqlandı: Bakı görün neçənci sıradadır

Azərbaycan idmanına ağır itki – FOTO

Azərbaycan idmanına ağır itki – FOTO

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Bu rayona qatarla getmək mümkün olacaq – VİDEO

Bu rayona qatarla getmək mümkün olacaq – VİDEO

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

End of content

No more pages to load

RADİO