Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Prezidentin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb.

Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir. 

Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə işçi qrupun iclası keçirilib.

İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak edib.

Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir. 

İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib. 

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təkliflər səsləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu

Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Prezident: “Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir”

Prezident: “Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir”

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edildi

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edildi

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə QƏRAR qəbul olundu

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə QƏRAR qəbul olundu

İlham Əliyev: “Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir”

İlham Əliyev: “Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir”

İyulun son günününHAVASI: 38 dərəcə isti...

İyulun son günününHAVASI: 38 dərəcə isti...

Paşinyan II Qaregenin “kitabını bağlayır” – Eçmiədzinə yeni rəhbər gəlir?

Paşinyan II Qaregenin “kitabını bağlayır” – Eçmiədzinə yeni rəhbər gəlir?

Tramp HƏMAS-ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

Tramp HƏMAS-ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana TƏŞƏKKÜR ETDİ

İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirildi - FOTO

İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirildi - FOTO

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu - FOTO

İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu - FOTO

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

ABŞ Çindən humanoid robotların idxalını QADAĞAN ETDİ

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

End of content

No more pages to load

RADİO