Paşinyan II Qaregenin “kitabını bağlayır” – Eçmiədzinə yeni rəhbər gəlir?

Nəhayət ki, Ermənistanın Baş Prokurorluğu Katolikos II Qaregen və daha altı yüksək rütbəli din xadimi barəsində cinayət işini məhkəməyə göndərdi.

Yəqin ki, bu erməni cəmiyyətində bu vaxtadək yaşanan ən qalmaqallı məhkəmə prsosesi olacaq. Təsadüfi deyil ki, erməni mediası prosesi “Əsrin məhkəməsi” adlandırır.

Ekspertlər hesab edir ki, bu məhkəmənin nəticələri Apostol Kilsəsi ilə hakimiyyət arasındakı qarşıdurmanın gələcək istiqamətini müəyyənləşdirəcək. Eyni zamanda Eçmiədzinin gələcəkdə hansı formada fəaliyyət göstərəcəyinə aydınlıq gətirəcək.

Yada salaq ki, iş üzrə təqsirləndirilən şəxslər arasında II Qaregenlə yanaşı, arxiyepiskop Natan Ovanesyan, arxiyepiskoplar Ayqazun Najaryan və Vaan Ovanesyan, yepiskoplar Makar Akopyan, Müşeq Babayan və Ovnан Akopyan yer alır.

Bu da o deməkdir ki, erməni Apostal Kilsəsinin “ağır artileriyası” qanun qarşısında cavab verəcək.

Cinayət işi niyə açıldı?

Münaqişə əvvəllər II Qaregenin istefasını tələb edən Masiatsotn yeparxiyasının rəhbəri yepiskop Gevorq (Arman) Saroyanın katolikos tərəfindən vəzifədən azad edilməsi səbəbindən başlayıb.

Saroyan məhkəmədə onun vəzifədən azad edilməsinə etiraz edib. Məhkəmə müvəqqəti tədbirlər görüb və işin nəticəsinə qədər kilsənin Saroyanın vəzifələrinə müdaxilə etməsini qadağan edib. Buna baxmayaraq, II Qaregen və Ali Ruhani Şura qərarı qulaqardına vurub və Saroyanı rəsmi olaraq vəzifəsindən kənarlaşdırıblar.

Bundan sonra məhkəmə qərarını icra etməməyə görə II Qaregenə cinayət işi açılıb və o, istintaqa cəlb edilib. Onun Ermənistanı tərk etməsinə rəsmi olaraq qadağa qoyulub.

Nəzərə alaq ki, Eçmiədzin son illərdə təkcə dini həyatı ilə deyil, həm də korrupsiya ittihamları ilə gündəmə gəlir. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin apardığı istintaqlar göstərir ki, yerli özünüidarəetmə orqanlarında dövlət və bələdiyyə əmlakının qanunsuz satılması, saxta hərracların təşkili, vəzifədən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı ciddi faktlar aşkarlanıb.
 

İstintaq materiallarına görə, keçmiş bələdiyyə rəhbərliyi və bəzi vəzifəli şəxslər bələdiyyəyə məxsus torpaq sahələrini və tikililəri bazar qiymətindən xeyli aşağı məbləğə əvvəlcədən müəyyən edilmiş şəxslərə ötürmək üçün formal hərraclar təşkil ediblər. Daha sonra həmin əmlakların müxtəlif şəxslərin adına rəsmiləşdirilərək mənimsənilməsi və pulların leqallaşdırılması sxemindən istifadə olunduğu iddia edilir.

 

Mətbuatda yer alan məlumatlara əsasən, keçmiş mer Diana Qasparyan da vəzifədən sui-istifadə və çirkli pulların yuyulması ittihamları ilə istintaqa cəlb olunub. İstintaqın iddiasına görə, milyonlarla dram dəyərində torpaq sahələri bazar qiymətindən dəfələrlə ucuz satılıb və sonradan ailə üzvləri ilə əlaqəli şəxslərin nəzarətinə keçib.

Bəs II Qaregen-Paşinyan qarşıdurmasının əsl səbəbi nədir?

Yada salaq ki, Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən əvvəl də davamlı olaraq Apostal Kilsəsini tənqid edib və Eçmiədzenin kifayət qədər siyasiləşdiyini söyləyib.

Məhz bu səbəbdən 2018-ci ilin mayında Paşinyan siyasi hakimiyyətə gələndə II Qaregen nəinki onu təbrik etmədi, əksinə onun barəsində kəskin fikirlər söylədi. Bununla da hakimiyyətlə kilsə arasında böyük qarşıdurmanın əsası qoyuldu.

Bir müddət sonra Paşinyan Apostal Kilsəsinə edilən yardımların hesabatını istədi.

Təbii ki, Eçmiədzen Paşinyanın bu tələbini geri çevirdi. Əvəzinə dövlətdən daha böyük dəstək tələb elədi. Bu azmış kimi Apostal Kilsəsinin rəhbərliyi və yerli nümayəndələri Paşinyanın devrilməsi üçün hərəkətə keçdi. Keşiş Baqrat Qalstanyanın 2024-cü ildə təşkil etdiyi yürüşlər və mitinqlər yəqin ki, hər kəsin yaddaşındadır.

Paşinyan üsyankar keşişi neytrallaşdırmaqda zorlansa da, bu proses xeyli çəkdi. Prosesin uzun çəkməsinin tək səbəbi isə II Qaregenin üsyankar keşişi açıq şəkildə dəstəkləməsi idi.

Növbəti parlament seçkiləri ərəfəsində Nikol Paşinyan Apostal Kilsəsinə qarşı son həmləsini etdi. II Qaregen başda olmaqla Eçmeidzenin bir çox nümayəndələri ilə bağlı cinayət işi açdırdı.

Paşinyan həmçinin II Qaregeni dinin və dövlətin əleyhinə getməkdə suçladı. O.Ermənistan Apostol Kilsəsinin rəhbərini rahiblik andlarını pozmaqda və gizlicə uşaq atası olmaqda ittiham etdi.

Eyni zamanda onun hakimiyyətini "zinakarlıq" adlandırdı.

Baş nazir həmçinin kilsənin yüksək vəzifəli şəxslərini xarici kəşfiyyat xidmətlərində işləməkdə günahlandırdı və iddia etdi ki, EAK rəhbərliyi öz hərəkətlərini dövlətə qarşı xarici qüvvələrlə əlaqələndirir.

Bununla belə Paşinyan son addımı atmadı. Seçkilərin nəticələrini gözlədi.

Artıq Paşinyan seçkilərin mütləq qalibidir. Ona görə də o, əzəli düşmənlərini birdəfəlik sıradan çıxarmaq istəyir. Bunun üçün həm radikal siyasi müxalifəti, həm də EAK rəhbərliyini barmaqlıqlar arxasına göndərmək istəyir. Artıq bəzi cinayət işləri məhkəməyə göndərilib.

Maraqlıdır ki, avqustun 2-də yeni formalaşan parlamentin ilk iclası keçiriləcək. Ənənəyə uyğun olaraq II Qaregen iclasa dəvət edilir, onun xeyir-duası alınır. Ermənistan mətbuatında yayılan məlumatlara görə, bu dəfə II Qaregenin parlamentin ilk iclasında iştirakına imkan verilməyəcək.

Onun əvəzinə hakimiyyətə yaxın mövqeyi ilə seçilən din xadimlərindən birinin parlamentə dəvət olunması ehtimalı gündəmə gəlib.

Hakim “Mülki müqavilə” partiyasından deputat Sarkis Xandanyan iyulun 29-da jurnalistlərə açıqlamasında katolikosun parlamentə dəvət olunmasının parlament rəhbərliyinin səlahiyyətində olduğunu bildirib. O, II Qaregeni dünyəvi adı ilə – Ktrıç Nerisyan kimi təqdim edərək onun parlamentə dəvət olunmasının gözlənilmədiyini deyib. 

Müxalifət isə hakimiyyətin bu mövqeyini kilsəyə qarşı aparılan kampaniyanın davamı hesab edir.

“Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryanın sözlərinə görə, katolikosun yeni parlamentin ilk iclasında xeyir-dua verməməsi ölkənin müstəqillik tarixində presedentsiz hadisə olacaq. O bildirib ki, hakimiyyətin seçki proqramında katolikosun dəyişdirilməsinin siyasi prioritet kimi təqdim olunması bu vəziyyəti əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi.
Bu da o anlama gəlir ki, Paşinyan II Qaregenin “kitabını” bağlayıb və artıq onun yerinə gizli namizədini də müəyyənləşdirib. Bu namizəd də ilk dəfə avqustun 2-də Milli Assembleyanın iclasında görünə bilər.

Yəqin ki, məhkəmənin yaxın vaxtlarda EAK rəhbərliyi barədə çıxaracağı qərardan sonra Eçmiədzin yeni sahibini qarşılayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanları 200 milyon dollara ÇATDIRILIR

Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanları 200 milyon dollara ÇATDIRILIR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Sadır Japarov: “Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”

Sadır Japarov: “Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”

Ani Lorak ispan həyat yoldaşı ilə Bakıda - Video

Ani Lorak ispan həyat yoldaşı ilə Bakıda - Video

“Bakı Metropoliteni”ndə yeni TƏYİNATLAR – FOTO

“Bakı Metropoliteni”ndə yeni TƏYİNATLAR – FOTO

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasındasiyasi dialoq bu gün ən yüksək səviyyədədir”

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasındasiyasi dialoq bu gün ən yüksək səviyyədədir”

500 manatlıq şadlıq sarayları:süfrəyə nə qoyurlar?

500 manatlıq şadlıq sarayları:süfrəyə nə qoyurlar?

İlham Əliyev: “Azərbaycan və Qırğızıstan bir-birini bundan sonra da dəstəkləyəcək”

İlham Əliyev: “Azərbaycan və Qırğızıstan bir-birini bundan sonra da dəstəkləyəcək”

Bu banklar bağlanacaq?

Bu banklar bağlanacaq?

İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə DƏVƏT ETDİ

İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə DƏVƏT ETDİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Qarabağ Universitetinə QƏBUL balları açıqlandı - FOTO

Qarabağ Universitetinə QƏBUL balları açıqlandı - FOTO

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu

Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Prezident: “Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir”

Prezident: “Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir”

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edildi

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edildi

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə QƏRAR qəbul olundu

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə QƏRAR qəbul olundu

İlham Əliyev: “Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir”

İlham Əliyev: “Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir”

İyulun son günününHAVASI: 38 dərəcə isti...

İyulun son günününHAVASI: 38 dərəcə isti...

Paşinyan II Qaregenin “kitabını bağlayır” – Eçmiədzinə yeni rəhbər gəlir?

Paşinyan II Qaregenin “kitabını bağlayır” – Eçmiədzinə yeni rəhbər gəlir?

End of content

No more pages to load

RADİO