Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşüblər.
Bizim.Media xəbər verir ki, kənd sakinlərindən birinin Prezidentlə maraqlı dialoqu olub.
Belə ki, kişi sakin prezindentə öncə qurulan şəraitlə bağlı təşəkkür etdikdən sonra “Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib”, deyib
Prezident İlham Əliyev sakinə gülümsəyərək cavab verib:
“Onu özünüz deyərsiniz ona. Çox sağ olun”.
Bizim.Media