İlham Əliyev və birinci xanıma Zəngilan Hava Limanı barədə MƏLUMAT VERİLDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına və birinci xanıma hava limanı barədə məlumat verdi. 

Bildirilib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. 

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. 

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. 

Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. 

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib. 

Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. 

Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb. 

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır. 

Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Tramp İranla ticarət aparan ölkələri HƏDƏLƏDİ

Tramp İranla ticarət aparan ölkələri HƏDƏLƏDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - 2-si azyaşlıdır

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - 2-si azyaşlıdır

Yaponiyalı animatorlardan ABŞ və İran qarşıdurmasını təsvir edən ANİMASİYA - VİDEO

Yaponiyalı animatorlardan ABŞ və İran qarşıdurmasını təsvir edən ANİMASİYA - VİDEO

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Tarixin ƏN YAXŞILARI...

Tarixin ƏN YAXŞILARI...

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

End of content

No more pages to load

RADİO