İlham Əliyev “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə məlumat verib.

Bildirilib ki, bu layihələr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 21-ci iclasında Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının yaradılması və magistral boru kəmərinin tikintisi məqsədilə verilmiş tapşırıqların icrası olaraq ASC tərəfindən hazırlanıb.

Eyni zamanda, ASC tərəfindən Türkiyə Respublikasının “Suyapı” məsləhətçi şirkəti dəvət edilərək Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının və ondan ayrılacaq magistral kanalların (Laçın-Qubadlı-Zəngilan) yaradılması məsələsi üzrə müvafiq araşdırmalar aparılaraq təkliflər hazırlanıb.
Araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasib hesab edilib.

Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilib.

Eyni zamanda, Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda, layihədə subasar zonadan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur.

Nəticə etibarilə, Qubadlı və Zəngilan rayonları ərazisində “Dost Aqro” şirkətinin 1900 hektar, “Azərsun” MMC-nin 3300 hektar, “AzərAqrar” şirkətinin 2500 hektar, “Aqrovay” şirkətinin 2700 hektar, “Dost Ziraat Heyvandarlıq” şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin oluna bilər.

Qeyd edilib ki, Bərgüşadçay su anbarının yeri isə topoqrafiq və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib.
Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Tramp İranla ticarət aparan ölkələri HƏDƏLƏDİ

Tramp İranla ticarət aparan ölkələri HƏDƏLƏDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - 2-si azyaşlıdır

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - 2-si azyaşlıdır

Yaponiyalı animatorlardan ABŞ və İran qarşıdurmasını təsvir edən ANİMASİYA - VİDEO

Yaponiyalı animatorlardan ABŞ və İran qarşıdurmasını təsvir edən ANİMASİYA - VİDEO

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Tarixin ƏN YAXŞILARI...

Tarixin ƏN YAXŞILARI...

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

End of content

No more pages to load

RADİO