Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər - FOTO

“İrəvan şəhərində bizdən gizlədilən türk-müsəlman abidəsi aşkarlanıb”

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynov məlumat paylaşıb. 

O bildirib ki, türbələr müsəlman dünyasında görkəmli alimlərin, hökmdarların, tanınmış sərkərdələrin qəbirləri üzərində ucaldılan və üzəri xüsusi qübbələrlə örtülən dini abidələrimizdəndir. 

Paylaşımda qeyd edilib ki, onlara Azərbaycanın demək olar ki bir çox yerində rast gəlinir: 
 
“Məsələn, Naxçıvanda Möminə Xatun türbəsi, İrəvan şəhəri yaxınlığında ermənilərin özgəninkiləşdirərək Türkmən türbəsi adlandırdığı Əmir Səəd türbəsi, Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi və başqalarını göstərmək olar. Lakin bu türbələri İrəvan şəhərinin Arami küçəsi 6 ünvanında yerləşən gecə klubu ilə hansı bağlantısı ola bilər? Dini abidənin, özü də müsəlman dini abidəsinin gecə klubu ilə nə əlaqəsi var?  

Möhkəm durun, 22 ildir aşkar edilməsinə baxmayaraq, bizdən gizlədilən bir abidənin axtarışındayıq. 2001-ci ildə gördüyünüz bu gecə klubunun zirzəmisində hovuz inşa edilən zaman ermənilər 9 metr dərinliyə aparan bir boşluq tapmışdılar. Bu boşluq Qafqazda olan türbələr arasında öz memarlığı ilə Ağdam rayonunda yerləşən dünya əhəmiyyətli Qutlu Musa oğlu türbəsi ilə eynilik təşkil edir.

Erməni arxeoloqlar burada iş apararkən, onu istər erməni cəmiyyətindən və istərsə də beynəlxalq ictimaiyyətdən gizlətmişdilər. Öz möhtəşəmliyi ilə seçilə bilən qədim dini abidəmiz 22 ildir ki gizlədilir.

Bu yaxınlarda rəsmi olaraq qeydiyyata alındıqdan sonra bu yerin axtarışına çıxdıq. Üzərində gecə klubu fəaliyyət göstərir. Bəs, nə üçün belə bir vandallıq etdikləri sualı da bəllidir. İrəvanın ən qədim məhəlləsi olan Şəhər məhəlləsində Zal xan məscidi ilə üzbəüz yerləşən bu türbə XIV əsrə aiddir. Ermənilər iddia edirlər ki, burada monqollar dəfn ediliblər. Azərbaycan xalqının maddi-mədəni irsinə qənim kəsilən mənfur qonşularımız hər addımda irsimiz yox edilməsi və bu, mümkün olmadıqda özgəninkiləşdirilməsi siyasətinə bir növ adətkardırlar.

Bu üzdən aşkar olunan bu abidəmiz də əxlaqsızlıq məkanının əsirinə çevrilmiş və uzun illər hər kəsdən gizlədilmişdir. Guya buna gecə klubunun sahibi ilə İrəvan meriyası arasında olan mübahisə mane olmuşdur.

Arxeoloji qazıntı və bərpa adı altında aparılan işlərdən uzun bir müddət sonra ermənilər belə bir abidənin aşkar edilməsini ehtiyatla dilə gətirsələr də, yeni məkrli bir fənd də işlətmişdilər. Belə ki, guya arxeoloqlar müsəlmanlara məxsus türbədə iş apararkən türbə qapısı üzərində ərəb dilli yazı ilə bərabər erməni dilində yazıya da rast gəliblər. 

Maraqlıdır ki, Qafqazın müsəlman türbələrinin heç birində bu günə qədər belə bir hadisəyə rast gəlinməmiş və saxtakarlıq edərkən bunları nəzərə almayıblar. 

Azərbaycan xalqına məxsus dini abidəni gizlətmək və onun üzərində öz məqsədləri üçün gecə klubu inşa etməyin özü elə Ermənistan Respublikasının öz qanunları ilə də cinayətdir. Lakin nə beynəlxalq hüquq və nə də öz qanunlarına məhəl qoymadan belə bir işə yol verdiklərini görürük. Türbə ilə bağlı bütün görüntülər internetdən silinib”. (Oxu.az)

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Rusiyada dollar qadağası – RƏSMİ

Rusiyada dollar qadağası – RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

End of content

No more pages to load

RADİO