Qarabağda aparılan axtarışlar zamanı daha dörd erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadla məlumat verir ki, meyitlərin qalıqları Suqovuşan ərazisindəki postlarda bir hərbçinin qalıqları tapılıb:
''Üzərində sürücülük vəsiqəsi var idi. Həmin şəxsin 1993-cü il təvəllüdlü ehtiyatda olan Aşot Xaçatryan olduğu ortaya çıxıb'',- deyə məlumatda bildirilib.
Daha üç erməni hərbçisinin cəsədi Cəbrayıl ərazisində aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Axtarış işləri bu gün Hadrut istiqamətində davam edir.
Qeyd edək ki, 13 noyabr 2020-ci ildən bəri Qarabağ münaqişəsi zonasında 1287 erməni cəsədi və qalıqları aşkar olunub.
Bizim.Media