Qarabağda daha 2 erməni hərbçisinin qalıqları tapılıb.
Bizim.Media “Sputnik Armenia”-ya istinadla xəbər verir ki, onların cəsədi Füzuli və Hadrutda aşkarlanıb. Cəsədlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
Axtarış işləri bu gün Füzuli, Cəbrayıl, Hadrut və Suqovuşanda davam edəcək.
Ümumiyyətlə, 13 noyabr 2020-ci ildən bəri Qarabağda 1283 nəfərin cəsədi və qalıqları tapılıb.
Bizim.Media