İran ərazisində “WhatsApp” sosial mesajlaşma platforması bloklanıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 21-i axşam saatlarından mesencerə girişə ciddi şəkildə məhdudiyyət qoyulub.
Həmçinin ölkədə “Instagram”a da giriş mümkün deyil.
Qeyd edək ki, bir neçə gün öncə Məhsa Əmini adlı 22 yaşlı qız ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.
Gənc qızın ölümü səbəbilə ölkədə kütləvi etiraz aksiyaları keçirilir.
Bizim.Media