Yaxın günlərdə Ermənistanın üç eks-prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın görüşü baş tutacaq və bu görüşdə katolikos II Qareginin də iştirak edəcəyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Hraparak” qəzetində yer alıb.
Mənbə yazır ki, görüşün Eçmiədzində baş tutacağı ehtimal edilir. Mövzu Ermənistandakı ağır vəziyyətdir. Görüşün təşəbbüskarı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan olub.
O, öz qarşısında Ermənistanın Azərbaycanla toqquşacağı təqdirdə ölkənin üzləşəcəyi təhlükələr barədə adları çəkilən şəxslərə izahat vermək vəzifəsi qoyub.
Ter-Petrosyan onları müharibədən çəkindirməyə və bu mövzuda hazırkı hökuməti dəstəkləməyə çalışacaq.
Bizim.Media