Ermənistanda son sutkada koronavirusa (COVID19) 198 yeni yoluxma qeydə alınıb.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, ölkədə bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 165909 nəfərə çatıb.
Mənbə yazır ki, son gündə koronavirusdan 4 nəfər dünyasını dəyişib. Ümumi ölənlərin sayı 3034-ə yüksəlib.
İndiyədək 154535 nəfər xəstəlikdən sağalıb, 7593 nəfərin müalicəsi davam edir.
Bizim.Media