“Liz Trassın Rusiya Federasiyasına qarşı qəsdən mənfi mövqeyi var. O, Britaniyanın maraqlarını güzəştə getmək istəmədən müdafiə edir. Bu, çətin ki, Londonun beynəlxalq arenada mövqeyini gücləndirsin”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tailandın baş nazirinin müavini və xarici işlər naziri Don Pramatvinai ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Lavrov çıxışı zamanı Londonun Fransa da daxil olmaqla, ən yaxın qonşuları ilə münasibətlərini nizama salmasının vacibliyini vurğulayıb.
“Liz Trass əvvəlcə, ən yaxın qonşuları ilə məşğul olmalı, o cümlədən Fransa ilə bağlı mövqeyini qərarlaşdırıb Emmanuel Makronun dost və ya düşmən olduğuna qərar verməlidir”, - deyə o bildirib.
Bizim.Media