“Azərbaycanlılar Qarabağ erməniləri üçün möhtəşəm yol çəkib” – Erməni jurnalist

“Hraparak”ın İrəvan nəşrinin jurnalisti Vaqe Makaryan Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. 

Bizim.Media xəbər verir ki, o, tikintisi Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Laçından yan keçən alternativ yol ilə hərəkət edib və keyfiyyətinə heyran qalıb.

Eyni zamanda o, Ermənistan ərazisində olan yolun acınacaqlı vəziyyətini qeyd edib və bildirib ki, ermənilər bunu qaydaya salmalıdırlar.

“Cəmi iki gün sonra yeni yolu sınaqdan keçirən ilk sərnişinlər arasında idim. Birinci məntəqədə bizi qarşılayan rus sülhməramlısı gözünü qırparaq dedi ki, Laçın artıq bağlanıb, siz ermənilər üçün yeni yol çəkilib. Amma onu kim tikib, biz ermənilərə kim belə xidmət göstərib, deməyib. Bir az gedəndən sonra yeni yola çıxdıq. Bu yol rəsmi Bakı tərəfindən salınıb. Bir neçə kilometr getdikdən sonra başqa keçid məntəqəsində dayandıq.

Rusiya sülhməramlıları “Azərbaycan karvanı gəlir, 15 dəqiqə çəkəcək, gözləməliyik” deyərək yolu bağladılar. Keçid məntəqəsinin düz yanında yeni tikilmiş körpü var, onun altında azərbaycanlılar nəsə tikirlər.

...Biz irəli getdik və azərbaycanlıların çəkdiyi möhtəşəm yolun keyfiyyətinə heyran olmağa başladıq. “Mehriban” düşmənlərimiz bir neçə ay ərzində dağları şumladı, tunellər, körpülər tikdi, bütün beynəlxalq standartlara cavab verən yol çəkdi. Müəyyən bir hissədən başlayaraq yolda Azərbaycan nömrəli maşınlar da vardı və biz başa düşdük ki, ermənilər bu yolda sadəcə qonaqdırlar. Bu, bizim yol deyil, sadəcə olaraq qonşu dövlətin ermənilər üçün xoş niyyətinin təzahürüdür. 

Yeni salınan alternativ yol başa çatır və biz onun erməni hissəsinə çatırıq. Təbii ki, burada təəssüratlar artıq fərqlidir. Yolun keyfiyyəti azərbaycanlıların çəkdiyi yol ilə müqayisə oluna bilməz.

Sadəcə, “Azərbaycan” yolunda biz fiziki cəhətdən yaxşı idik, amma mənəvi cəhətdən bərbad idik. Bir anlıq yadımıza düşdü ki, Ermənistan və Qarabağ hakimiyyəti (qondarma rejim) bu otuz ildə normal yollar çəkə bilərdi. Lakin indi xatırlamağın mənası yoxdur, artıq gecdir”, - V.Makaryan yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO