Ötən gün Süveyş kanalında gəmi texniki nasazlıq səbəbindən nəqliyyatın hərəkətini iflic etmişdisə, bu gün bənzər hadisə Bosfor boğazında baş verib.
Bizim.Media TRT Haberə istinadən xəbər verir ki, Ukraynaya məxsus 173 metrlik yük gəmisi Bosfor boğazında sükan nasazlığı səbəbindən ilişib.
"Lady Zehma" adlı nəhəng ilə toqquşma riskinə qarşı sahildə lövbər salan yaxtalar ərazidən uzaqlaşdırılıb.
Bizim.Media