İranda məşhur kino və televiziya aktrisası Nyuşa Modəbber hicabını çıxarıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, o, bu barədə “Instagram” hesabında video paylaşıb.
Aktrisa hicabını başından çıxararaq məcburi hicaba qarşı olduğunu, özü olmaq, azadlığı seçmək istədiyini bildirib.
O, hicabsız qadının “əxlaqsızlığa səbəb olmadığını” vurğulayıb. Bununla, aktrisa İran hakimiyyətinin radikallarına, ölkədə məcburi hicab əleyhdarlarına qarşı mübarizə apardığını deyib.
Qeyd edilib ki, radikallar hicabın olmamasını cəmiyyətdə pozğunluğun yayılması kimi qələmə verirlər.
Bizim.Media