Rusiya parlamentinin fəaliyyətini işıqlandıran “Duma TV”də Azərbaycana qarşı TƏXRİBAT – VİDEO 

Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”də Azərbaycana qarşı təxribat törədilib.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan ordusunun Laçında yerləşməsi ilə bağlı açıqlamasından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun açıqlaması yayılıb.

Səs yazısı formatında olan açıqlamada əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub.

Belə ki, dırnaqarası “hərbi tarixçi” və “politoloq” N. Buranov Azərbaycanın əzəli torpağı olan Qarabağı hərbi güclə zəbt etdiyini və bundan təəssüfləndiyini bildirib:
“Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib.

Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər.

Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazırlaşmır, “DQR” üzərində tam nəzarəti ələ keçirməyə çalışır”.

O, bununla yanaşı Qarabağdakı vəziyyəti ermənilərin Birinci Dünya müharibəsindəki düşdükləri vəziyyətə bənzədib, Azərbaycanın Ermənistanın mövcudluğu ilə barışmaq istəmədiyini, Naxçıvana dəhliz istədiyini, Qazaxıstanla razılaşdığını bildirib.
Rusiyalı “tarixçi” bütün bunların “Böyük Turan” ideyasının tərkib hissəsi olduğunu iddia edib. Buranov baş verənlərin ilk növbədə Rusiyanın təhlükəsizliyinə çox ciddi çağırış olduğunu söyləyib.

“Politoloq” Ukrayna probleminin olmasına baxmayaraq ölkəsinin xüsusi xidmət strukturlarını Rusiyanın türk regionlarına xüsusi diqqət yetirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

End of content

No more pages to load

RADİO