Ərdoğanın bəyanatını ABŞ niyə sükutla qarşıladı? - Regionda dəngələr DƏYİŞİR

Dünən Türkiyə prezidenti sivilizasiyanı həyacanlandıracaq bir anons verdi. Rəcəb Tayyub Ərdoğan hökümətin iclasında bəyan etdi ki, “hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil etmək, bu böhranı kökündən həll etməkdir”.

Türkiyə liderinin bu bəyanatı həm münaqişə, həm də əksər Avropa dövlətləri tərəfindən məmnunluqla qarşılandı. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel sevincək öz “Twitter”ində belə yazdı: “ümidvaram ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Putin və Zelenski İstanbula gəlir? - ƏRDOĞANDAN AÇIQLAMA - VİDEO


​​​​​​​Maraqlıdır ki, Borrel Ukrayna-Rusiya müharibəsini “mənasız” adlandırıb.  Bu da artıq nəyinsə etirafıdır. Və bəlkə də Aİ-nin düşdüyü tələnin mahiyyətinə bu bir işarədir.

Ona görə də bu müharibənin tezliklə başa çatmasını arzulayan tərəflərdən biri də Avropa dövlətləridir. Amma nə yazıq ki, Avropa bu müharibədə tərəf və səbəbkar kimi görünür. Çünki, Rusiyanın Ukraynaya qarşı iki tələbindən biri Aİ-nin Şərqə doğru irəliləməməsidir.

NATO-ya üzvülük də əslində Aİ-nin Ukraynaya etdiyi şirnikləndirici təkliflərdən biridir. Ona görə də müharibənin 6-cı ayının tamamında Aİ rəsmisinin Ukrayna-Rusiya müharibəsini “mənasız” adlandırması əslində çox mətləblərin faş olunmasıdır.

Təbii ki, münaqişə tərəflərinin və Aİ-nin böhrandan çıxış kimi Türkiyəyə ümidlə baxması hər şeydən qabaq qürurvericidir. Bu baxışlar Türkiyənin yeni bir güc kimi ortaya çıxmasını təsdiqləyən faktdır. Bu həm də Türkiyənin hər zaman haqqın və ədalətin yanında durduğuna bir sübutdur.

Yada salaq ki, həm Suriya, həm Əfqanıstan, həm də Dağlıq Qarabağ problemlərinin həllində son və əsas söz sahibi məhz qardaş Türkiyə oldu. Artıq Türkiyə dünyaya sülhün təminatçısı və münaqişələrin ədalətli həllinə çalışan və sonda ona nail olan böyük oyunçu kimi daxil olur.

Bəs Türkiyənin bu status-kvosu ABŞ nə qədər razı salır?

Bəli, günün sualı məhz budur. Son 30 ildə dünyada baş verən müharibələr və sonuncu Ukrayna-Rusiya münaqişəsi ABŞ-ın maraqlarına xidmət edib. Bundan əlavə, Ağ Ev son 30 ildə özünü dünyada sülhün,insan haqlarının müdafiəçisi kimi təqdim edib.
Gec də olsa bu gün sivilizasiya Vaşinqtonun bu iddialarının mif olduğunu anlayıb. Amma hələki, ABŞ-a “dur” deyən yoxdur. Qardaş Türkiyənin son illər sərgilədiyi uğurlu xarici siyasət isə yavaş-yavaş ABŞ haqqında yaranmış mifi dağıtmaqla yanaşı, münaqişə və müharibələrin ədalətli sonlanmasına töhfələr verir.

Ona görə də Rəcəb Tayyub Ərdoğanın dünənki bəyanatı okeanın o tayında ciddi təşviş yaradıb. Bu təşvişin simptomları isə yaxın günlərdə özünü göstərəcək. Çünki, ABŞ daha bir münaqişə zonasında onun iştirakı olmadan sülhün gəlməsinə dözməyəcək. Gəlin tələsməyək, hadislələrin inkişafını izləyək...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

End of content

No more pages to load

RADİO